Azərbaycanda adam oğurluğunda təqsirləndirilən şəxs Rusiyada tutuldu
04 yanvar 2011 12:48 (UTC +04:00)

Azərbaycanda adam oğurluğunda təqsirləndirilən şəxs Rusiyada tutuldu

Azərbaycanda adam oğurluğunda təqsirləndirilən şəxs Rusiyada tutulub. Bu barədə APA-ya Sumqayıt Şəhər Polis İdarəsindən bildirilib.

Məlumata görə, İnterpol tərəfindən axtarılan, Masallı rayonunda anadan olmuş, 24 yaşlı Rövşən Qurbanov Rusiya Federasiyasının Saratov şəhərində saxlanılıb. O, Rusiyada törətdiyi başqa bir cinayətə görə məsuliyyətə cəlb edilib. Hazırda Azərbaycan hüquq-mühafizə orqanları R. Qurbanovu ölkəyə gətirmək üçün tədbirlər görür.

Qeyd edək ki, R. Qurbanov Sumqayıtda həmyaşıdı Yaşar Həsənovu oğurlamaqda təqsirli bilinir. Bir neçə il əvvəl bu cinayəti törədən R. Qurbanov Azərbaycanı tərk edərək Rusiyaya qaçıb. Y. Həsənovun taleyinə isə bu günədək aydınlıq gətirilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 420

Oxşar yazılar