İcra Hakimiyyətinin sürücüsü xidməti avtomobillə adam vurub
Yanvarın 2-də saat 18:00 radələrində Bakı-Quba-Rusiya sərhədi beton yolunun 59-cu km-də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, Siyəzən rayon İcra Hakimiyyətinin sürücüsü, 58 yaşlı Şərbət Nəzərov idarə etdiyi avtomobillə Xaçmaz rayon sakini, 69 yaşlı Sabat Şıxəliyevanı vurub. Ağır bədən xəsarəti alan qadın hadisə yerində keçinib.
Hazırda faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə cinayət işi açılıb. Hadisənin başvermə səbəbləri təyin ediləcək avto-texniki ekspertizanın rəyindən sonra məlum olacaq.
Vəli Turan

548