
Zaqatala sakini intihar edib
Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala rayon Prokurorluğundan məlumat verilib. Hadisə bu gün səhər saatlarında rayonun Yuxarı Çardaqlar kəndində qeydə alınıb. Yuxarı Çardaqlar kənd sakini, 1976-cı il təvəllüdlü Davudov İsrafil Hüşən oğlu özünü yaşadığı evin həyətyanı sahəsində asıb. Zaqatala rayon Prokurorluğundan bildirilib ki, iki uşaq atası olan İsrafil Davudov 15 gün əvvəl qonşu Rusiyadan evinə qayıdıb, ötən gün isə ailəsi ilə birlikdə qızının ad gününü qeyd edib. İntiharın hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı Zaqatala rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.
Faktla bağlı Zaqatala rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.
Oxşar yazılar

Nəsimi rayonunda yanğın - VİDEO
7 may 2025 , 21:40
Sabirabadda kişi küçədə özünü asdı
7 may 2025 , 19:33
Şəhər Polis İdarəsinin rəisinə cinayət işi açıldı
7 may 2025 , 18:52
Gədəbəydə 86 yaşlı kişinin asılmış meyiti tapıldı
7 may 2025 , 18:39
“Qalatasaray”ın keçmiş futbolçusu həbs edilib? - VİDEO
7 may 2025 , 18:12
Cəlilabadda FACİƏ: məktəbli qızı maşın vurub öldürdü
7 may 2025 , 17:50
Ər-arvad evdə yanıb öldülər
7 may 2025 , 17:28