Qobustandakı dəhşətli qəzada ölənlərdən 2-nin adı məlum olub
APA-nın Şirvan bürosunun xəbərinə görə, Şamaxı rayon sakini 1965-ci il təvəllüdlü Kərimov Rauf Əsgər oğlunun idarə etdiyi Azərbaycan Beynəlxalq Bankının Şamaxı filialına məxsus 10-AB-645 dövlət nömrə nişanlı “QAZ 3110” markalı minik avtomobili qarşı tərəfdən gələn Sumqayıt şəhər sakini 1969-cu il təvəllüdlü Valehov Xanlar Tacəddin oğluna məxsus 50-CC-687 dövlət nömrə nişanlı “Daewo Nexia” markalı minik avtomobili ilə toqquşub.
Məlumata görə, dünyasını dəyişənlərdən biri Mühafizə Polisinin əməkdaşı, Şamaxı rayon sakini 1969-cu il təvəllüdlü İmanov Hafiz Əlihüseyn oğlu, digəri sürücü, Sumqayıt şəhər sakini, 1969-cu il təvəllüdlü Valehov Xanlar Tacəddin oğludur.
“QAZ 3110”un sürücüsü Kərimov Rauf Əsgər oğlu isə koma vəziyyətində xəstəxanaya yerləşdirilib. Ölən digər şəxslərin şəxsiyyətini müəyyən etmək hələ ki, mümkün olmayıb.
Qeyd edək ki, hadisə bu gün səhər saat 10:00 radələrində magistral yolun 94-cü kilometrliyində qeydə alınıb. Hadisə nəticəsində 7 nəfər dünyasını dəyişib, bir nəfər ağır bədən xəsarəti alıb.
Faktla bağlı BDYPİ-nin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Oxşar yazılar

Nəsimi rayonunda yanğın - VİDEO
7 may 2025 , 21:40
Sabirabadda kişi küçədə özünü asdı
7 may 2025 , 19:33
Şəhər Polis İdarəsinin rəisinə cinayət işi açıldı
7 may 2025 , 18:52
Gədəbəydə 86 yaşlı kişinin asılmış meyiti tapıldı
7 may 2025 , 18:39
“Qalatasaray”ın keçmiş futbolçusu həbs edilib? - VİDEO
7 may 2025 , 18:12
Cəlilabadda FACİƏ: məktəbli qızı maşın vurub öldürdü
7 may 2025 , 17:50
Ər-arvad evdə yanıb öldülər
7 may 2025 , 17:28