Ağdamda dələduz müəllim tutulub
Ağdamda dələduzluqla məşğul olan musiqi müəllimi tutulub. Rayon Polis Şöbəsindən Lent.az-a verilə məlumata görə, rayon sakini Vəkalət Nəsirova ərizə ilə müraciət edərək, sentyabr ayında Güllücə kənd sakini, Elşən Əliyev tərəfindən aldadılaraq 2200 manatının alınmasını bildirib.
Belə ki, E.Əliyev həmin qadından aldığı pulun müqabilində ona Quzanlı qəsəbəsi yaxınlığında yeni salınan qəsəbədə ev təşkil edəcəyinə söz verib. Lakin qəsəbə salınsa və evlər paylanılsa da, V.Nəsriovaya heç nə düşməyib, aldanan qadın çıxış yolunu polisə müraciət etməkdə görüb.
Dələduzluq etdiyinə görə tutulmuş Elşən Əliyevin ətrafında əməliyyat tədbirləri aparılıb və Güllücə kənd məktəbində musiqi müəllimi işləyən E.Əliyevin başqa əməlləri də üzə çıxıb.
Belə ki, o, eyni ssenari ilə Güllücə kənd sakinləri - Nuşirəvan Aslanov, Kəmalə Bayramovanın və Bəxtiyar Əliyevin hərəsindən 7 min 700 manat alıb.
Noyabr ayında isə E.Əliyev Kəngərli kənd sakini, Elxan Həsənovun etimadını qazanaraq, 4500 manatını mənimsəyib. Habelə onun cari ilin iyul-avqust ayları ərzində Şurabad kənd sakini Ramil Quliyevin etimadını qazanaraq, 6000 manat pulunu alması müəyyənləşib.
Qeyd edək ki, E.Əliyev bütün bu əməlləri təkbaşına törətməyib. Ona bu işdə Qiyaslı kənd sakini Gülşən Abdullayeva kömək edib. Lakin E.Əliyev tutulsa da G.Abdullayevə hələlik məsuliyyətə cəlb olunmayıb.
Araşdırmalar davam etdirilir.
Nizam Rza

Oxşar yazılar

Laçında yanğın olan ərazidə partlayış - VİDEO-YENİLƏNİB
17 iyul 2025 , 00:02
Zaqatalada məzuniyyətə gələn hərbçinin meyiti tapıldı
17 iyul 2025 , 00:00
İlqar İsmayılov azadlığa buraxıldı
16 iyul 2025 , 21:29
Yekaterinburqdakı Azərbaycan diasporu liderinin oğlu 2 aylıq həbs olundu - YENİLƏNİB
16 iyul 2025 , 19:43
Xırdalanda evdən kişi meyiti tapıldı
16 iyul 2025 , 19:33
Oğrular deputatın 300 min avroluq saatını qolundan qoparıb qaçdılar - VİDEO
16 iyul 2025 , 19:07
Məhkəmədən həbsdəki vəkil Adəm Məmmədov və qardaşı barəsində QƏRAR
16 iyul 2025 , 18:49