“Eren Turgut” gəmisində xəsarət alan Surəddin Həmzəyevin durumu ağırdır
Dekabrın 24-də İngiltərə ilə Fransanı ayıran La-Manş boğazında Türkiyəyə məxsus “Eren Turgut” yük gəmisində baş vermiş yanğın zamanı xəsarət alan Azərbaycan vətəndaşı Surəddin Həmzəyevin durumu ağırlaşıb.
Lent.az-ın Türkiyənin “Zaman” qəzetinə istinadən verdiyi məlumata görə, xəstəxanada yerləşdirilmiş 3 yaralıdan biri olan Türkiyə vətəndaşı Mustafa Oturur artıq həyatını itirib.
Surəddin Həmzəyev bərabər, Türkiyə vətəndaşı olan Göngör Ünalımın da vəziyyəti ağır olaraq qalır.
Qeyd edək ki, hadisə baş verən zaman gəmidə 14 nəfərlik heyət olub. Gəmi heyəti Böyük Britaniyanın Sahil Mühafizə Xidməti tərəfindən xilas edilib.
Gəmi Seneqalın paytaxtı Dakardan İngiltərənin Liverpul şəhərinə yük daşıyırmış.
Hazırda “Eren Turgut” gəmisi Hollandiyada təmir olunur.

Oxşar yazılar

Qumarxanalardan pul yığan polis rəisi HƏBS OLUNDU
12 iyul 2025 , 15:49
Azərbaycanda bu qadını görənlər polisə desin - AXTARILIR
12 iyul 2025 , 15:32
Yekaterinburqda saxlanılan azərbaycanlıların kafesi fəaliyyətə BAŞLADI
12 iyul 2025 , 14:55
Azərbaycanda keçmiş nazir vəfat etdi
12 iyul 2025 , 14:18
“Sputnik V” peyvəndini ilk sınaqdan keçirən alim faciəvi şəkildə öldü
12 iyul 2025 , 13:39
"Zerkalni" nömrə verən yol polisi rəisi İŞDƏN QOVULDU
12 iyul 2025 , 12:23
İçərisində 20 ton saqqız olan TIR belə qarət olundu
12 iyul 2025 , 11:46