
Şahdağ Milli Parkının 10 hektar meşə sahəsi yanıb
Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, Qəbələnin Tikanlı və Solqıca kəndləri arasındakı meşədə baş verən yanğın 8 gündür davam edir. Dəniz səviyyəsindən 1500 metr yüksəklikdəki dağlıq ərazidə qeydə alınan yanğının söndürülməsi üçün texnikanın köməyindən istifadə etmək mümkün olmayıb. Ərazidə yalnız əl əməyindən istifadə edilib. Yanğının qarşısının alınması üçün əraziyə bir helikopter də cəlb olunub. Alovun qarşısı alınıb və yanğın dünən axşam saatlarında məhdudlaşdırılıb, hazırda yanğın ocaqlarının tam söndürülməsi istiqamətində iş aparılır.
Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin, rayon Yanğından Mühafizə Hissəsinin, Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin 80-ə yaxın əməkdaşı çalışır. Təxminən 10 hektar ərazidə ağac, xəzəl və kol-kos yanıb.
Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin, rayon Yanğından Mühafizə Hissəsinin, Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin 80-ə yaxın əməkdaşı çalışır. Təxminən 10 hektar ərazidə ağac, xəzəl və kol-kos yanıb.
Oxşar yazılar

Şəkidə 53 yaşlı kişinin meyiti tapıldı
4 iyul 2025 , 09:53
İnterpol Elçin Təhməzovu Bosniyada tutdu
4 iyul 2025 , 09:31
20-ci mərtəbədən yıxılan iki yaşlı uşaq sağ qaldı
4 iyul 2025 , 06:17
Motosiklet iki piyadanı vurdu - Vəziyyətləri ağırdır
3 iyul 2025 , 22:01
"Qanuni oğru" Vaqif Süleymanov saxlanıldı - VİDEO
3 iyul 2025 , 21:18
Ermənistan ordusunun əsir düşən azərbaycanlılara verdiyi işgəncələrlə bağlı məhkəmədə ifadələr dinlənildi
3 iyul 2025 , 21:11
Bilgəh çimərliyində DƏHŞƏTLİ ANLAR: 23 yaşlı oğlanın boynu sınıb öldü
3 iyul 2025 , 19:59