Bakıda iş adamını öldürən şəxsin fotorobotu hazırlanıb – FOTO
Suraxanı Rayon Polis İdarəsi həmin şəxsin fotorobotunu APA-ya təqdim edib.
Hadisə şahidlərinin ifadələri əsasında hazırlanmış fotorobotda qətldə şübhəli bilinən şəxs saqqallıdır, başında idman papağı olub. Polisdən, həmçinin bildirilib ki, iş adamını qətlə yetirən şəxs 40-45 yaşlarında, arıq bədən quruluşludur. Onun boyu 170-172 santimetrdir.
Hazırlanmış fotorobot paytaxtın bütün polis idarələrinə göndərilib. Hazırda polis həmin şəxsin tutularaq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Qeyd edək ki, məlum hadisə dekabrın 23-də saat 02.30 radələrində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 47 yaşlı Ələkbər Həsənov yaşadığı evin həyətində güllələnib. O, yerindəcə keçinib.
Hadisə barədə polisə məlumat daxil olan kimi dərhal Rayon Prokurorluğu məlumatlandırılıb və hadisə yerinə əməliyyat qrupu çıxıb. Hadisənin kimin tərəfindən və hansı məqsədlə törədildiyi hələlik məlum deyil.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
Onu da əlavə edək ki, qətlə yetirilən Ə. Həsənov bizneslə məşğul olurmuş.

Oxşar yazılar

Gəncədə 41 yaşlı qadın bıçaqlandı
22 iyul 2025 , 03:08
Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür
22 iyul 2025 , 00:10
Cəlilabadda balıqlar kütləvi şəkildə tələf oldu
21 iyul 2025 , 20:44
Ağsuda DƏHŞƏT: ailəsi gənc qızın meyitini tapdı
21 iyul 2025 , 19:33
Sumqayıtda dənizdə yeniyetmə qıcolmadan öldü
21 iyul 2025 , 18:33
Polisdən Masallıda ƏMƏLİYYAT: 39 kilo narkotik aşkar olundu - VİDEO
21 iyul 2025 , 17:13
DTX-nın həbs etdiyi “Abu Malik”in FOTOSU
21 iyul 2025 , 16:16