Azərbaycanlı iş adamı qızını almağı bacardı
27 dekabr 2010 16:20 (UTC +04:00)

Azərbaycanlı iş adamı qızını almağı bacardı

Dekabrın 5-də vəfat edən Ceyla Gölcüklünün keçmiş əri, Azərbaycan əsilli iranlı iş adamı, beynəlxalq neft şirkəti ETI-nin prezidenti Şeri Şahnavaz istəyinə çatıb.


Lent.az-ın “Takvim” qəzetinə istinadən verdiyi məlumata görə, Şeri Şahnavaz qızları Lara ilə bağlı məhkəmə prosesində qalib gəlib və qızını da götürərək Londona gedib.
Ancaq Ceyla Gölcüklünün anası Tülin Gölcüklü nəvəsi uğrunda mübarizədən əl çəkmək istəmir. Artıq vəkillərlə görüşən Tulin Gölcüklü apelyasiya şikayəti verməyə hazırlaşır.


Qeyd edək ki, Ceyla Gölcüklü ölümündən əvvəl halallaşmaq üçün yanına çağırdığı Şeri Şahnavazdan qızları Laraya sahib çıxmasını istəyib. Lakin Ceyla Gölcüklünun anası Tülin və qardaşı Ali Şevket Gölcüklü Laranı atasına vermək istəməyərək, himayələrində saxlamağa. Çünki Laranın atasının himayəsinə keçməsi onların mal-dövlətdən də faktiki məhrum olması demək idi.

Xatırladaq ki, Ceyla Gölcüklü Azərbaycan əsilli iranlı iş adamı Şeri Şahnavazla ailə qurduqdan sonra onun həyatı daim Türkiyə ictimaiyyətinin diqqət mərkəzində olub. Universiteti bitirdikdən sonra “Interbank”da işə başlayan Ceyla Gölcüklü 1993-cü ildə Şeri Şahnavaz ilə bankda tanış olub və 3 ay sonra cütlük Londonda “Grovenor House”də evlənib, Lara adlı qızları dünyaya gəlib. 11 il sürən evlilikdən sonra cütlük 2005-ci ildə boşanıb. Məhkəmə ərinin sərvətinin yarısını Ceyla Gölcüklüyə verib. Beləliklə, onun Bodrumdaki mülkü, Muğlada bir zeytun yağı fabriki, Gökova və Marmarisdə yüzlərlə hektar torpağı olub. Bir sözlə, Ceyla Gölcüklü iş adamından boşanmasına görə aldığı 84 milyon dollar təzminatla məşhurlaşıb.

Ceyla Gölcüklü Şeri Şahnavazla evliliyindən dünyaya gələn 15 yaşlı qızı Laranı çox sevib, qızına görə bir daha heç kim ilə evlənməyəcəyini bildirib. Onun növbəti sevgilisi iş adamı Zeki Tanyeri olub və cütlüyün 5 ildir ki, münasibətləri olsa da, evlənməyiblər.

38 yaşlı gözəl xanım 3 ay əvvəl mədəsində ağrılar hiss edib, ABŞ-a xəstəxanaya müayinə üçün gedən zaman ona mədə xərçəngi olduğu bildirilib. Türkiyəyə dönmək məcburiyyətində qalan və 14 gün xəstəxanada müalicə alan Ceyla Gölcüklü dekabrın 5-də beyin ölümü keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 600

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21