Biznesmen Şöhrət Quliyevə ömürlük həbs
27 dekabr 2010 13:34 (UTC +04:00)

Biznesmen Şöhrət Quliyevə ömürlük həbs

Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Bakı və Gəncə şəhərlərində qətllər törətməkdə təqsirləndirilən iş adamı Şöhrət Quliyev və onun başçılıq etdiyi 12 nəfərdən ibarət mütəşəkkil dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, hakim Kəramət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, Şöhrət Quliyev, Mehman Qəhrəmanov və Anar Həsənov ömürlük, İlham Şabanov 15 il, Səxavət Xudiyev 13 il 6 ay, Xəzər Kazımov 2 il, Məharət İsmayılov 2 il, Rabit Abdinov 2 il müddətinə azadlıqdan məhrum olunub. Bilal Verdiyev, Elim Şahmuradov, Nuru Atayev və İlahibə Ələsgərovun barəsində olan cinayət işinə isə xitam verilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə), 217-ci (banditizm) və 228-ci (qanunsuz olaraq odlu silah, sursat əldə etmə və saxlama) və digər maddələri ilə ittiham olunublar İttihama görə, 2003-cü ilin dekabr ayında Şöhrət Quliyev Mehman Qəhrəmanovla birgə Anar Həsənov, Səxavət Xudiyev, İlham Şabanov, Xəzər Kazımov və Elmar Qasımovdan ibarət silahlı mütəşəkkil dəstə yaradaraq onu odlu silah və döyüş sursatı ilə təchiz ediblər. Cinayətkar dəstənin üzvü Anar Həsənov 2003-cü il dekabrın 18-də Bakı şəhərində sahibkarlıqla məşğul olan Əhməd İbrahimovun yaşadığı binanın girişində “Makarov” markalı tapançadan atəş açaraq onu öldürüb. 2004-cü il martın 22-də “Makarov” tapançası ilə silahlanan cinayətkar dəstənin üzvü İlham Şabanov Şöhrət Quliyevin göstərişi ilə Gəncə şəhəri sakini Kamal Ələkbərovu yaşadığı evin qarşısında qətlə yetirib. Aparılan istintaqla cinayətkar dəstənin başqa cinayətləri də müəyyən olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 730

Oxşar yazılar

Ağsuda zəlzələ  oldu

Ağsuda zəlzələ oldu

21 mart 2025 , 08:55
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verdi

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verdi

21 mart 2025 , 02:06
Goranboyda ferma yandı

Goranboyda ferma yandı

20 mart 2025 , 22:45
Cəlilabadda ana doğuşdan sonra  öldü

Cəlilabadda ana doğuşdan sonra öldü

20 mart 2025 , 21:02
Gorus və Basarkeşər istiqamətlərindən mövqelərimiz atəşə tutuldu

Gorus və Basarkeşər istiqamətlərindən mövqelərimiz atəşə tutuldu

20 mart 2025 , 20:09
Şamaxıda avtomobil dərəyə aşdı,  yaralı var

Şamaxıda avtomobil dərəyə aşdı, yaralı var

20 mart 2025 , 17:52
"Toplum TV" işi üzrə məhkəmə başlayır

"Toplum TV" işi üzrə məhkəmə başlayır

20 mart 2025 , 17:32
Ağdamda iki gənci bıçaqlayan saxlanıldı -YENİLƏNİB

Ağdamda iki gənci bıçaqlayan saxlanıldı -YENİLƏNİB

20 mart 2025 , 16:04