Tərtərdə kütləvi davada iştirak edən 4 nəfərə hökm oxunub
APA-nın Qarabağ bürosunun məlumatına görə, insidentlə bağlı hər iki tərəfdən iki nəfər olmaqla iğtişaşın 4 iştirakçısı - Məhərrəmov Rövşən Sərdar oğlu, Dünyamalıyev Ramiz Xanəli oğlu, Paşayev Rövşən Ənur oğlu, İbrahimov İlqar Davud oğlu Tərtər rayon Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum ediliblər. Tərtər rayon Məhkəməsindən APA-nın Qarabağ bürosuna faktı təsdiqləyiblər.
Məhkəmə prosesi başa çatana qədər sözügedən iğtişaşlarda iştirak etmiş hər iki tərəfdən beş nəfər olmaqla Tərtər Məhkəməsinin qərarı ilə 10 iştirakçının - Məhərrəmov Rövşən Sərdar oğlu, Paşayev Rövşən Ənur oğlu, Məmmədov Nurəddin Cahangir oğlu, Musayev Kənan Hacı oğlu, Atayev Mətləb İman oğlu, Dünyamalıyev Ramiz Xanəli oğlu, Dünyamalıyev Akif Xanəli oğlu, Həsənov Mürşid Şamil oğlu, İbrahimov İlqar Davud oğlu və İbrahimov Zülfüqar Davud oğlu barəsində CM-nin 221.2.1, 221.2.2 və 221.3 maddələri ilə həbs qəti imkan tədbiri seçilib. Onlardan yalnız 4-ü azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Hadisə zamanı rayonda xeyli sayda ticarət və iaşə obyektinə zərər dəyib, polis əməkdaşı və 10 yerli sakin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Tərtər və Ağdam Mərkəzi Rayon Xəstəxanalarına yerləşdiriliblər.

434