Azərbaycanda müdafiə təyinatlı məmulatların istehsalı 115 dəfə artıb
Lent.az-ın Müdafiə Sənayesi Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu müdafiə sənayesi naziri Yavər Camalov nazirlik işçilərinin peşə bayramı münasibəti ilə keçirilən tədbirdə söyləyib.
2007-ci illə müqayisədə 2010-cu ilin 11 ayında sifarişçilərə təhvil verilmiş müdafiə təyinatlı məmulatların həcmində 12,8 dəfə artım olub. Müdafiə Sənayesi Nazirliyi fəaliyyətə başladığı tarixdən bu günədək nazirliyin tabeliyində olan müəssisələrdə 31 yeni istehsal sahəsi yaradılıb. İstifadəyə verilmiş müəssisələrdən 4-nün - “Üfüq” İstehsalat Birliyinin “Dalğa” Elmi-İtehsalat Müəssisəsinin, “Şərq” İstehsalat Birliyinin “İqlim” Elmi-İstehsalat Müəssisəsində yeni istehsal sahələrinin, “Aqreqat” İstehsalat Birliyinin Şirvan “Araz” zavodunun və “Telemexanika” zavodunda yeni istehsal sahələrinin açılışı bu ilin əvvəlində olub.
İstehsalı mənimsənilmiş məhsullar sırasında uzaq məsafəli minaatanları, snayper tüfəngini, əl qumbaraatanını, müxtəlif növ tank əleyhinə minaları, optik nişangahları, aviasiya təlim bombalarını, maskalanma torunu, müxtəlif döyüş sursatlarını və bir sıra digər məmulatları göstərmək olar.
Hazırda nazirliyin müəssisələrində müdafiə təyinatlı məmulatların istehsalı ilə yanaşı mülki məhsulların yeni növlərinin mənimsənilməsi istiqamətində də məqsədyönlü işlər aparılır. Son 4 ildə müəssisələrdə mülki məmulatların istehsal həcmi 2,3 dəfədən çox artıb, çeşid sayı isə 358 çatdırılıb.
Bu gün Müdafiə Sənayesi Nazirliyi aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın inkişaf etmiş 20-dən çox dövlətinin 60-dan çox şirkət və firmaları ilə sıx əməkdaşlıq edir.

417