Cırdaxan meşəbəyliyində yanğın olub
Dekabrın 17-də saat 23:00 radələrində Tovuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Cırdaxan meşəbəyliyinin 2 saylı meşə dolayında yanğın hadisəsi baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yanğına səbəb Ermənistan Respublikasının meşə ərazisində baş vermiş yanğının külək nəticəsində onunla həmsərhəd olan Cırdaxan meşəbəyliyinə keçməsi olub.
Yanğın 18 dekabr saat 05:00 radələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının işçilərinin, yaxınlıqdakı hərbi hissənin əsgərlərinin və yerli əhalinin köməkliyi ilə söndürülüb. Ümumilikdə, 5 hektar ərazini əhatə etmiş yanğın zamanı yalnız xəzəl və ot örtüyü yanıb, meşəyə ziyan dəyməyib.

Oxşar yazılar

Xəbərdaredici nişan olsaydı, Cümşüd ölməyəcəkdi… – Qurumdan açıqlama-VİDEO
30 iyun 2025 , 21:53
Yekaterinburqda vəhşicəsinə öldürülən azərbaycanlıların qardaşı danışdı-VİDEO
30 iyun 2025 , 21:47
Rusiyada öldürülən qardaşların meyiti yaxınlarına təhvil verildi-VİDEO
30 iyun 2025 , 21:05
Şamaxıda müəmmalı ÖLÜM: ailəsi qadının meyitini tapdı
30 iyun 2025 , 19:33
Perinatal Mərkəzdə 7 körpənin ölümünə görə şöbə müdiri ifadə verdi
30 iyun 2025 , 19:00
Saatlıda su üstündə MÜBAHİSƏ: Əmisini şüşə ilə doğradı
30 iyun 2025 , 18:42"Sputnik Azərbaycan"ın ofisində əməliyyat zamanı saxlanılanların adları
30 iyun 2025 , 18:33