Deputatın öldürülməsinə fətva verən nardaranlıya yenidən iş verildi
25 dekabr 2010 14:41 (UTC +04:00)

Deputatın öldürülməsinə fətva verən nardaranlıya yenidən iş verildi

Bu barədə APA-ya Nardaran kənd Ağsaqqallar Şurasının üzvü Məşədi Natiq Kərimov məlumat verib.

Onun sözlərinə görə, dekabrın 23-də Sabunçu Rayon Məhkəməsində hakim Tahir Qubadov sədrliyi ilə keçirilən prosesdə Ə. Hüseynov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, təqsirləndirilən Hacı Əli Hüseynov sentyabrın 22-də saat 18.00 radələrində kənd ərazisində Nardaran Pirinə gedən küçədə abadlıq işləri apararkən polis tərəfindən saxlanıb. Onun üzərindən narkotik tapılıb. Ə. Hüseynova qarşı Azərbaycan Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ittiham elan edilib.

Xatırladaq ki, Hacı Əli Hüseynov 2009-cu il yanvarın 9-da Nardaran qəsəbəsində keçirilən mitinq zamanı Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlının öldürülməsi ilə bağlı fətva verdiyinə görə, 1 il müddətinə azadlıqdan məhrum edilmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 482

Oxşar yazılar

Qubada evdə partlayış -  Yaralanan var

Qubada evdə partlayış - Yaralanan var

15 dekabr 2024 , 13:09
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46