BQXK nümayəndələri əsirlikdə olan Azərbaycan hərbçiləri ilə görüşüblər
Bu barədə APA-ya BQXK-nın Bakı ofisinin yayım şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib. Onun sözlərinə görə, BQXK-nın Ermənistan nümayəndəliyinin əməkdaşları dekabrın 16-da erməni əsirliyində olan iki Azərbaycan hərbçisinə baş çəkiblər. Beynəlxalq qurumun nümayəndələri həmin şəxslərin saxlanma şəraiti və fiziki durumu ilə maraqlanıblar. İ. Hüseynova, həmçinin bildirib ki, hər iki hərbi ailəsinə məktub göndərib və həmin məktublar artıq əsirlərin ailələrinə çatdırılıb.
Erməni əsirliyində olan Azərbaycan Ordusunun kiçik çavuşu Anar Hacıyev ailəsinə göndərdiyi məktubda hər şeyin yaxşı olduğunu yazıb. Bu barədə APA-ya hərbi əsirin anası Nailə Məmmədova məlumat verib. Onun sözlərinə görə, Anar Hacıyev məktubu bu gün ailəsinə çatdırılıb. Məktubda yazılır: “Salam ay ana. Necəsiz? Məndən nigaran olmayın, mən yaxşıyam. Qarşıdan gələn yeni ilinizi təbrik edirəm. Hamıya salam deyin”.
Qeyd edək ki, erməni əsirliyində olan Azərbaycan Ordusunun kiçik çavuşları Roman Hüseynov bu il avqustun 27-də, Anar Hacıyev isə 2009-cu il mayın 10-da Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülüb.

Oxşar yazılar

Şahbuzda FACİƏ: 69 yaşlı qadın göldə boğuldu
3 iyul 2025 , 11:32
İki azərbaycanlı ailə Rusiyadan qovuldu
3 iyul 2025 , 11:03Sabunçuda narkotik satan 5 nəfər saxlanıldı -VİDEO
3 iyul 2025 , 10:58
Səfərbərlik Xidməti 62 nəfər barəsində Baş Prokurorluğa müraciət etdi
3 iyul 2025 , 10:38
Bakıda 14-cü mərtəbədən yıxılan qız SAĞ QALDI
3 iyul 2025 , 10:21
Lənkəranda 65 yaşlı kişini bıçaqlayan şəxs tutuldu
3 iyul 2025 , 10:18
Bakıda istirahət mərkəzində FACİƏ: "tok" vurub öldürdü
3 iyul 2025 , 09:47