Gəncədə 21 yaşlı oğlan bıçaqlandı
25 dekabr 2010 14:14 (UTC +04:00)

Gəncədə 21 yaşlı oğlan bıçaqlandı

Şəhər Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, naməlum şəxs 1989-cu il təvəllüdlü Cavadov Atəş Faiq oğlunu bıçaqlayıb. 21 yaşlı oğlan yaralı vəziyyətdə xəstəxanaya gətirilib. Həkimlər onun həyatı üçün ciddi təhlükənin olmadığını bildiriblər.

Hüquq-mühafizə orqanlarının nümayəndələri A.Cvadovdan ilkin ifadə də alıblar. O, Vüqar adlı tanışı tərəfindən bıçaqlandığını bildirib.

Hadisənin hansı zəmində baş verdiyi isə hələlik məlum deyil. Vüqar adlı şəxsin axtarışları davam etdirilir.


Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 565

Oxşar yazılar