Günün tarixi
21 dekabr 2010 00:20 (UTC +04:00)

Günün tarixi

22 dekabr. İlin sonuna 9 gün qalır.

1453. İstanbul Universiteti qurulub

1639. Fransız dramaturq Jan Rasin anadan olub

1829. İlk sərnişin dəmir yol xətti Baltimor-Ohayo fəaliyyətə açılıb

1895. Lümyer qardaşları ilk filmi nümayiş etdirib

1914. Ənvər Paşanın komandanlığı altındakı Osmanlı ordusu Sarıqamış əməliyyatına başlayıb.

1918. Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə (Mixaylo) anadan olub

1919. Kommunizmə simpatiyası olan 250 Amerika vətəndaşı SSRİ-yə sürgün edilib

1920. Moskvada VIII Ümumrusiya sovetlər qurultayı açılıb. Qurultayda QOELRO planı təsdiq edilib

1920. Kinodramaturq, rejissor, yazıçı Həsən Seyidbəyli anadan olub

1932. Mahatma Qandi azadlığa çıxıb

1936. Sovet yazıçısı Nikolay Ostrovski vəfat edib

1941. Hitler “Qafqaz müsəlman Legionu”nu yaratmaq barədə göstəriş verib

1942. Podpolkovnik Həzi Aslanov birinci dəfə “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüb

1987. Elmira Qafarova Azərbaycan SSR xarici işlər naziri vəzifəsindən azad edilib

1988. Meydan hərəkatını işıqlandırdığı üçün Nəcəf Nəcəfov “Molodyoj Azerbaydjana” qəzeti redaktorluğundan kənarlaşdırılıb

1989. Rumıniya Kommunist partiyasının rəhbəri Nikolay Çauşesku devrilib. Arvadı Elena ilə birgə qaçmaq istəyən Çauşesku yaxalanıb və hərbi məhkəmənin hökmü ilə 25 dekabrda güllələnib

1993. Cənubi Afrika Respublikası parlamenti aparteid rejimini rəsmən ləğv edib

2001. Əfqanıstanda Həmid Kərzainin rəhbərliyi ilə müvəqqəti hökumət qurulub

2008. Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə 2009-cu il Azərbaycan Respublikasında “Uşaq ili” elan edilib

Günün aforizmi

“7-ci güllədən sonra avtomat imtina etdi. Mən maqazini dəyişdim və Elenanın bədəninə 30 güllə boşaltdım. Bu günə qədər həyatda 1 toyuq belə kəsməmişdim. Elenanın iztirablı ölümü hər gecə yuxuma girir”.

Çauşeskunu güllələyən əsgərin 20 il sonrakı açıqlaması
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 293

Oxşar yazılar