Baş Dövlət Yol Polisi İdarəsinin yaxınlığında yanğın
21 dekabr 2010 16:53 (UTC +04:00)

Baş Dövlət Yol Polisi İdarəsinin yaxınlığında yanğın

Bu gün saat 14.00 radələrində Binəqədi rayonunda yanğın hadisəsi baş verib.



Rayonun Yanğından Mühafizə İdarəsindən Lent.az-a verilən məlumata görə, hadisə Xırdalan-Binəqədi yolunun kənarında, Baş Dövlət Yol Polisi İdarəsinin yaxınlığında qeydə alınıb.


Belə ki, daxili yolun kənarındakı zibilliklərdə qəfil alovlanma baş verib və yanğın tezliklə geniş ərazini əhatə edib. Tezliklə əraziyə yanğınsöndürənlər cəlb olunub. Binəqədi rayonunun iki yanğınsöndürmə briqadası ilə yanaşı, hadisə yerinə ətraf rayonlardan da qüvvə çağırılıb. Yanğın saat 15:30-da söndürülüb.

BDYPİ və digər tikililərə ziyan dəyməyib. Yanğının səbəbləri araşdırılır.

Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 332

Oxşar yazılar