Yanacaqdoldurma məntəqələrini soyan dəstənin başqa cinayətləri də aşkarlanıb
Yanacaqdoldurma məntəqələrində çoxsaylı soyğunçuluq əməli törədən dəstə üzvlərinin yeni cinayətləri üzə çıxıb.
Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dəstə üzvləri Elşən Əhmədov, Yengibar Abbasov və Elgün İbrahimov Novxanı qəsəbəsinin ərazisindəki yanacaqdoldurma məntəqəsində operator işləyən Saleh Nəzərova qarşı da soyğunçuluq edib. Eyni zamanda onların «Xırdalan Petrol»-un operatoru Tural Seyidzadəyə, Masazır qəsəbəsi ərazisindəki «AS» MMC-yə məxsus məntəqənin operatorları Yusif İsmayılova və Kənan İlyasova qarşı da soyğunçuluq etdiyi sübuta yetirilib.
Qeyd edək ki, çoxsaylı cinayət törətmiş şəbəkənin iki üzvü – Elşən Əhmədov və Yengibar Abbasov dekabrın 17-də saxlanılıb. Saxlanılan şəxslər ilkin dindirilmə zamanı bu ilin sentyabr, oktyabr və noyabr aylarında Binəqədi rayonunda yerləşən “Xəqani Petrol”, “Star”, habelə paytaxtın digər rayonlarında ümumilikdə 15 yanacaqdoldurma məntəqəsində soyğunçuluq və quldurluq əməlləri törətdiklərini etiraf ediblər.
Məlumatda o da bildirilir ki, mütəşəkkil dəstənin daha bir neçə üzvü axtarışdadır. Hazırda polis həmin şəxslərin tutulması istiqamətində tədbirləri davam etdirir.
Nizam Rza

632