“Mübariz İbrahimov” sularda
Azərbaycan əsilli iş adamı Mübariz Mənsimovun prezidenti olduğu ‘Palmali” Şirkətlər Qrupu tərəfindən Beşiktaş Dənizçilik Tərsanəsində tikdirilən “Mübariz İbrahimov” adlı neft tankeri bu gün suya buraxılıb. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Azərbaycan Milli Qəhrəmanının adını daşıyan tankerin suya buraxılması ilə bağlı keçirilən mərasimə Mübariz Mənsimov, “Beşiktaş” Şirkətlər Qrupunun İdarə Heyətinin sədri İhsan Kalkavan, Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov və Mübariz İbrahimovun valideynləri qatılıblar.
Mübariz İbrahimovun atası Ağakərim İbrahimov mərasimdə çıxış edib. O deyib ki, oğlu ilə qürur duyurlar, belə bir böyük gəmiyə övladlarının adının verilməsinə görə şaddırlar: “Oğlumun adı artıq dənizlərdə yaşayacaq. Mübariz Mənsimova çox təşəkkür edirəm”.
Neft tankeri daha sonra Ağakərim İbrahimov və Validə İbrahimova tərəfindən suya endirilib.

Oxşar yazılar

Şəmkirdə maşın piyadanı vurub öldürdü
15 iyul 2025 , 00:39
Zaqatalada iki avtomobil toqquşdu
14 iyul 2025 , 22:54
Motosikleti "tək təkər" sürən sürücü HƏBS EDİLDİ-VİDEO
14 iyul 2025 , 20:49
Bakıda motosikletlə avtoxuliqanlıq: sürücü həbs edildi
14 iyul 2025 , 19:49
Bakıda avtobus kişini vurub ÖLDÜRDÜ
14 iyul 2025 , 19:33
Bakıda sinaqoqa terror hücumu hazırlayarkən tutulan İŞİD-çi məhkəmədə ifadə verdi
14 iyul 2025 , 19:25
Araz çayında batan şəxsin meyiti tapıldı - YENİLƏNİB
14 iyul 2025 , 18:15