Günün tarixi
20 dekabr 2010 00:20 (UTC +04:00)

Günün tarixi

69. Roma imperatoru Vitellius qətlə yetirilib

1699. I Pyotr Rusiyada yeni ilin 1 sentyabrda deyil, 1 yanvarda qeyd edilməsi barədə fərman verib

1803. ABŞ Luiziananı Fransadan alıb

1873. Türk şairi Mehmet Akif Ersoy anadan olub

1879. Tomas Edison közərmə lampasını təqdim edib

1912. Londonda Türkiyə və Balkan dövlətləri arasında sülh konfransı keçirilib

1915. Türk yazıçı Əziz Nesin anadan olub

1915. Çanaqqala boğazında müttəfiq qoşunları məğlubiyyətə uğrayıb

1917. Bresk-Litovskda Rusiya və Almaniya arasında sülh danışıqları başlayıb

1924. Hitler həbsdən azad olunub

1928. Böyük Britaniya Nankin (Kuomintag) hökumətini tanıyıb

1938. SSRİ-də əmək kitabçalarının tətbiqinə başlanıb

1952. M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu (indiki BSU) fəaliyyətə başlayıb

1955. Sudan Müstəqillik əldə edib

1957. Avropa Nüvə Enerjisi agentliyi təsis edilib

1963. Berlin divarındakı buraxılış məntəqələri 1 günlüyə açılıb

1990. SSRİ xarici işlər naziri Eduard Şevardnadze gözlənilmədən istefa verib

1994. Azərbaycan Respublikası Maldiv adaları ilə diplomatik münasibətlər qurub

1995. BMT Bosniya-Herseqovinada vəziyyətə nəzarəti NATO-ya tapşırıb

2007. Madam Tüsso muzeyində Heydər Əliyevin mum fiquru hazırlanıb...

Günün aforizmi:

“Açdı tarixi aşan, əsri keçən şanlı yolu,
İrqimin titrəməyən tunc əli, azadə qolu”.
Mehmet Akif Ersoy
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 454

Oxşar yazılar