Moskva milisi 10 qafqazlını saxlayıb
Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarındakı mənbə onların üstlərində qaz balonu, travmatik tapança və vintaçan aşkarlandığını bildirib.
Moskva milisi bu gün rus millətçi gəncləri və Qafqaz əsilli şəxslər arasında gözlənən toqquşmanın qarşısını almaq üçün analoji axtarış əməliyyatlarını davam etdirir.
Qeyd edək ki, Rusiya mətbuatında dünən radikal əhval-ruhiyyəli rus və Şimali Qafqaz əsilli gənclərin hesablaşmaq üçün bu gün saat 15:00-da “Ostankino” teleqülləsinin yanına toplaşacaqları barədə xəbərlər yer alıb. Rusiya paytaxtında milis pasport rejimini sərtləşdirib. Şəhərdə qruplar halında hərəkət edən gənclər xüsusən diqqət mərkəzində saxlanılır. “Ostankino” teleqülləsi ətrafında da xüsusi təyinatlı milis dəstələri yerləşdirilib.
Xatırladaq ki, dekabrın 11-də Manej meydanında kütləvi qarşıdurma olub. Bir müddət əvvəl Kabardin-Balkar əsilli şəxsi tərəfindən öldürüldüyü bildirilən “Spartak” futbol klubunun azarkeşi Yeqor Sviridovun xatirəsinə həsr olunmuş aksiya etnik xarakter alıb. Aksiya iştirakçıları millətçi xarakterli şüarlar səsləndirib, hüquq-mühafizə orqanları ilə qarşıdurmaya gediblər. 40 nəfər, o cümlədən milis əməkdaşları yaralanıb. 7 nəfər xəstəxanada yerləşdirilib. 80 nəfər saxlanılıb, 10-dan çox cinayət işi açılıb.
Dekabrın 15-də isə axşam saatlarında rus millətçi gəncləri və Qafqaz əsilli şəxslər arasında baş verən qarşıdurmalar, iğtişaşlar Moskvanın mərkəzində qarışıqlığa yol açıb, 1300 nəfər saxlanılıb.

450