Sürücülərin “qara siyahı”sı hazırlanıb
Misir Turist Şirkətləri Palatası sürücülərin “qara siyahı”sını hazırlayıb.
Lent.az-ın “Əl-Masri əl Yaum” qəzetinə istinadən verdiyi məlumata görə, bu siyahıya narkotik vasitə qəbul edən, yol hərəkəti qaydalarını pozan sürücülər daxildir.
Turist şirkətləri bu yolla ölkənin turizm sektoruna dəyən zərərin miqyasını azaldacaqlarını düşünürlər. Şirkətlərə Misir Turizm Nazirliyi də dəstək verir. Palata şirkətlərə bu sürücülər barədə məlumat verəcək və onları həmin sürücülərlə əməkdaşlıq etməməyə çağıracaq.
Bundan əlavə, Palata xüsusi avtomobillərdə daşınan diaqnostik mərkəzlər də yaradır. Bu diaqnostik mərkəzlər həm turistləri daşıyan avtomobillərin texniki vəziyyətini yoxlayacaq, həm də diaqnostik mərkəzdə sürücülərin müayinəsini aparmağa imkan verən avadanlıqlar olacaq. Belə diaqnostik mərkəzlər xarici turistlərin kütləvi üz tutduqları bütün regionlarda fəaliyyət göstərəcək. Turizm Nazirliyi də bu diaqnostik mərkəzlərin təchizatına yardım göstərəcək, eyni zamanda diaqnostik mərkəzləri sürücülərin vəziyyətini, narkotik vasitə, spirtli içki qəbul edib-etmədiyini üzə çıxaran avadanlıqlarla da təmin edəcək.
Qeyd edək ki, turizm Misir iqtisadiyyatının əsas sahələrindən biridir. 2010-cu ildə ölkəyə gələn turistlərin sayı 15 milyon nəfərə çatıb.

348