Atatürkün qatarında şok ölüm
Məşhur rejissor çəkiliş vaxtı faciəli şəkildə həlak oldu
Türkiyəyə klip çəkilişlərinə hazırlıq üçün gəlmiş liviyalı məşhur klip və film rejissoru Yehya Saade bu gün faciəli şəkildə həyatını itirib.
Lent.az-ın “Hürriyət” qəzetinə istinadən verdiyi məlumata görə, olay bu gün saat 14:30 radələrində baş verib.
Yehya Saade ölkəsində fotomodellikdən müğənniliyə keçən gözəli Maya Diabın ilk kasetinə klip çəkmək üçün öncə İstanbula gəlib. Məqsəd İstanbulun rəmzlərindən olan Haydarpaşa dəmiryol vağzalında klip çəkmək olub. Lakin bu dəmir yolu vağzalında yanğın baş verdiyi üçün 35 yaşlı rejissor İzmirdə klip çəkilişi üçün məqbul yer axtarıb və İzmirdəki Alsancak dəmiryol vağzalını məqbul sayıb.
Klipdə köhnə buxar lokomotivindən istifadə etmək istəyən Yehya Saade dekabrın 17-də çəkiliş heyəti ilə İzmirin “Hilton” otelində yerləşib və bu gün də köməkçiləri ilə birlikdə dəmiryol vağzalına gəlib. O, dəmiryol vağzalında Atatürkün də istifadə etdiyi vaqonun bağlı olduğu lokomotivi bəyənib, yardımçılarının köməyi ilə buxarla işləyən bu lokomotivin üzərinə çıxıb.
Yehya Saade lokomotivin üzərinə çıxıb ayaq üstü durduğu anda 25 min voltluq yüksək gərginlikli elektrik xəttinə çox yaxınlaşdığı üçün elektrik xəttinin axınına qapılıb. Bu zaman ildırım düşdüyünü xatırladan partlayış səsi gəlib və ətrafa işıq saçılıb. Yehya Saade ağır yaralanıb və xəstəxanaya gətirilib. Ancaq onun həyatını xilas etmək mümkün olmayıb. Maya Diab və çəkiliş heyətini şoka salan olayla bağlı araşdırma aparılır. Rejissorun faciə ilə üzləşdiyi an təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

414