“Avropa Komissiyası prezidentinin Azərbaycana səfəri tarixi səfər olacaq”
“Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozonun səfəri Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın davamlı şəkildə inkişafının göstəricisidir”.
APA-nın məlumatına görə, bu fikirləri Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia keçirdiyi mətbuat konfransında bildirib.
Səfirin sözlərinə görə, Avropa Komissiyasının prezidenti yanvarın 13-14-də Azərbaycanda səfərdə olacaq: “Bu, tarixi səfər olacaq, çünki prezident Barrozo bu statusda Azərbaycana ilk dəfə səfər edir. Səfər prezident İlham Əliyevin dəvəti əsasında gerçəkləşəcək”.
Səfər zamanı Avropa Komissiyasının prezidenti prezident İlham Əliyev və digər rəsmi şəxslərlə görüş keçirəcək, Azərbaycan-Avropa İttifaqı münasibətlərinə həsr olunmuş nitq söyləyəcək: “Səfər Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin çox mühüm anına təsadüf edir. Bu həm də Azərbaycanın “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq Avropa dəyərlərinə davam edən inteqrasiyasının göstəricisidir. Bu illər ərzində Azərbaycanla Avropa İttifaqının əməkdaşlığı demək olar ki, bütün sahələri – siyasi, sosial, mədəni, kommersiya, ticarət sahələrini əhatə edir. Biz Azərbaycanla bəzilərinin düşündüyü kimi təkcə energetika sahəsində münasibətlər qurmaqda maraqlı deyilik”.

297