13 yaşlı məktəbli qızı zorlayan ögey ata tutulub - EKSKLÜZİV
Lent.az-ın məlumatına görə, Suraxanı rayonundakı orta məktəblərdən birində təhsil alan 10-cu sinif şagirdi A. oktyabr ayında öz müəlliməsinə yaxınlaşaraq, 13 yaşından bəri ögey atası tərəfindən cinsi istismara məruz qaldığını bildirib. Qız həmçinin qeyd edib ki, anası da baş verənlərdən xəbərdardır və o da atalığının bu hərəkətinin əleyhinə deyil.
Çox keçmədən məsələ ilə bağlı hüquq-mühafizə orqanları məlumatlandırılıb.
Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, müəllimlərin müraciəti ilə şikayət araşdırılıb. Məlum olub ki, həqiqətən də 10-cu sinif şagirdi olan A. atalığı Ə. tərəfindən 3 ildir, daimi cinsi istismara məruz qalır. Həmçinin müəyyən edilib ki, həmin şəxs radikal islam təriqətinin üzvüdür.
Oktyabr ayında məsələ ilə bağlı Suraxanı rayon prokurorluğunda cinayət işi başlanılıb. Ögey ata həbs olunub.
Nizam Rza

Oxşar yazılar
Bakıda QƏZA: Xəsarət alan var
19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi
18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını vurub öldürdü
18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü
18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı
18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR
18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu
18 iyul 2025 , 19:23