Elman Rüstəmov: “Onu gələn il yığmamızda görəcəyimizə inanıram” - MÜSAHİBƏ
- Kişilərdən ibarət yığma komandanın kapitanı Zurab Azmayparaşvili ilə əməkdaşlığı davam etdirməməyinizə səbəb nə oldu?
- Söhbət kişilərdən ibarət yığmamızın kapitanının istefasından getmir. Sadəcə, bizim Azmayparaşvili ilə iş prinsipimiz ondan ibarət idi ki, o, hər bir turnirə cəlb olunurdu. Növbəti turnir isə gələn il gözlənilir. Həmin yarış ərəfəsində komandamızın yeni kapitanını müəyyənləşdirəcəyik. Artıq bu istiqamətdə düşünməyə başlamışıq.
- Onun qalması və ya yerinə kimin təyin olunması gözlənilir?
- Hələ bu suala cavab vermək istəməzdim. Çünki vaxtımız var. Bir çox variantlar üzərində düşünürük.
- Bugünkü tədbirdə aparıcı şahmatçılarımızdan olan Vüqar Həşimovun iştirak etməməsi nə ilə əlaqədar idi?
- Həşimov hazırda Bakıda yoxdur, xaricdə turnirdədir. Onun ailəsi ilə təmaslarım var. Bir daha qeyd etmək istəyirəm ki, Həşimov Azərbaycan şahmat ailəsinin, kişilərdən ibarət yığmamızın tamhüquqlu üzvüdür. Onu 2011-ci ildə öz yığmamızda görəcəyimizə ümidvaram. Demişəm, bir daha bildirirəm ki, millimizin qapıları onun üzünə açıqdır. Lakin Həşimov gəlib oturaraq hər birimizlə, komanda ilə anlaşmalıdır. Biz onu gözləyirik. Hesab edirəm ki, 2011-ci ildə bu, baş verəcək. Belə bir ifadə var - münasibətlər ikitərəfli yolu xatırladır. Biz öz yolumuzu keçməyə hazırıq. Ölkədə şahmatın inkişafına cavab verən təşkilat kimi, federasiya kimi biz buna hazırıq. Bizim Vüqar kimi çox böyük sayda istedadlarımız yoxdur ki, kimsə kənarda qalsın. Bilirsiniz, ortalığa müəyyən mənəvi problemlər çıxır. Bu, idmanın hər bir növündə, istənilən kollektivdə ola bilər. Sadəcə, o, öz komandası ilə və komandanın rəhbərliyi ilə anlaşmalıdır.
- Vüqar Həşimov qayıtsa və münasibətlər qaydasına düşsə, onun “SOCAR-Azərbaycan” klubunun heyətinə düşmə ehtimalı var?
- Təbii ki. Bunu şərt kimi qoymuram. Hesab edirəm ki, Vüqar qayıdacaq.
- 2011-ci ilin mayında keçiriləcək iddiaçılar turnirində Teymur Rəcəbov norveçli Maqnus Karlsenlə qarşılaşmalıdır. Lakin Karlsen yarışdan imtina etmək istəyir. Halbuki Rəcəbov onunla görüşə hazırlaşır. Karlsen yarışdan imtina etsə, şahmatçımız Vasili İvançukla qarşılaşa bilər. Bu variant Rəcəbovun çıxışına necə təsir edə bilər?
- Situasiya məlumdur. Yəqin ki, Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İllümjinovun müsahibələrini izləyirsiniz. FİDE-də müəyyən prosedurlar var. Hər bir namizədə müəyyən sifarişlər göndərilib. Səhv etmirəmsə, dekabrın 22-dək dolduraraq, geri qaytarmalıdırlar. Gəlin, bir neçə gün gözləyək. Görək, Karlsenin son qərarı necə olacaq. Ondan sonra bu haqda danışmaq olar. Bizim münasibətimiz ondan ibarətdir ki, Teymur Rəcəbov oynamalıdır. Çempion olmaq üçün hamıya qalib gəlmək lazımdır. Bu, aksiomdur. Rəqibləri seçmək lazım deyil. Karlsen kiminləsə əvəzlənəcəksə, Rəcəbov onunla oynayacaq və ona qalib gəlməyə çalışacaq.
Elşən MƏMMƏDOV

358