Asya Manafovanın qardaşı məhkəmə zalından azadlığa buraxılıb
17 dekabr 2010 16:36 (UTC +04:00)

Asya Manafovanın qardaşı məhkəmə zalından azadlığa buraxılıb

Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Quba-Qusar Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin direktor müavini Mikayıl Manafovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxsin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Qısa müşavirədən sonra hakim hökmü elan edib. Hökmə əsasən, M. Manafov 7 il 6 ay müddətinə şərti olaraq azadlıqdan məhrum edilib. Barəsində seçilmiş həbs-qətimkan tədbiri ləğv edilib və o məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Mikayıl Manafov Cinayət Məcəlləsinin 179.3.2-ci (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israfetmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. M.Manafov 5 iyun 2010-cu il tarixdə iş yerində həbs edilib.
Araşdırmalar zamanı məlum olub ki, M.Manafov həm də bizneslə məşğul olub. Rusiyadan kağız gətirib burada karton düzəltdirən M.Manafov sonradan onu satışa çıxarırmış. Hüquq-mühafizə orqanlarının əməkdaşları Xudat dəmiryolu stansiyasında Rusiyadan M.Manafovun adına gələn 4 vaqon kağızı onun həbs edilməsindən bir neçə gün əvvəl müsadirə edib. İttihama görə, Mikayıl Manafov dövlət büdcəsindən ayrılmış 100 min manatı mənimsəməkdə ittiham edilir.

M. Manafov sabiq millət vəkili Asya Manafovanın qardaşıdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 547

Oxşar yazılar