Daşkəsəndə 5 uşaq anası olan müəllimə özünü öldürüb
17 dekabr 2010 16:27 (UTC +04:00)

Daşkəsəndə 5 uşaq anası olan müəllimə özünü öldürüb

Dekabrın 16-da Daşkəsən rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Bayan kəndi sakini, 43 yaşlı Əliyeva Göyçək Əkbər qızı özünü yaşadığı evin zirzəmisində asıb. Mərhumun meyiti hadisə baş verəndən xeyli sonra ailəsi tərəfindən aşkarlanıb.

Lent.az-a verilən məlumatda o da bildirilir ki, 43 yaşlı qadın Bayan kənd orta məktəbində müəllim işləyirmiş. O, 5 uşaq - 3 qız və 2 oğul anası olub. Canına qəsd etmiş qadın intihardan əvvəl məktub da yazıb. O, yazdığı kağızda intihar etməsini öz qərarı olduğunu və heç kimin günahkar olmadığını bildirib. G.Əliyeva həmçinin həyadan bezdiyini və yaşamaq istəmədiyini də qeyd edib.

Məlumatda həmçinin qeyd olunur ki, intihar etmiş qadının xeyli müddət sinir sistemində narahatlıqlar olub. O daha əvvəl bir neçə dəfə intihar edəcəyini bildiribmiş.


Faktla bağlı araşdırma aparılır.


Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 501

Oxşar yazılar