Öz evini yandıran Bakı sakini tutuldu
Dekabrın 21-də Yasamal rayonunda, Z.Adıgözəlov küçəsində iki mərtəbəli binanı yandıran şəxs yaxalanıb.
Lent.az-ın Bakı şəhər Baş Polis İdarəsinə istinadən verdiyi məlumata görə, binanı orada yaşayan Yalçın Hacıyev yandırıb. O, gecə saatlarında binaya od vuraraq qaçıb. Nəticədə həmin binadakı 3 mənzil - Kərim Kərimovun, Gülnarə Hacıyevanın və Təranə İsmayılovanın evi yanaraq külə dönüb.
Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Hüseynov artıq yaxalanıb. Tutulan zaman onun üzərindən narkotik vasitə olan heroin də aşkarlanıb.
Qeyd edək ki, Y.Hacıyev özü yaşadığı, G.Haciyevanin adına olan mənzili yandırıb və bu zaman alov qonşu mənzillərə də keçib. Hadisə zamanı qonşuluqda yaşayan Pirməmməd Abdullayev yanıq xəsarəti alaraq 8 saylı təcili yardım stansiyasında yardım aldıqdan sonra evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
Nizam Rza

369