QHT-lər Tomaş Porebaya qarşı etiraz aksiyasına başlayacaq
Azay Quliyev: “Bu şəxsə Azərbaycandan yüzlərlə, minlərlə QHT-nin, insanın müraciət etməsi lazımdır”
Bu gün Qarabağ və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, qaçqın və məcburi köçkünlərin hüquqlarının qorunması istiqamətində QHT-lərin 2010-cu ildə Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarında Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdikləri layihələrlə bağlı tədbir keçirilib.
Lent.az-ın verdiyi məlumata görə, Şura sədri Azay Quliyev deyib ki, bu il bu istiqamətdə 52 layihə maliyyələşdirilib, bunun üçün 302 min 349 manat ayrılıb.
Bu, ötən illə müqayisədə 2 dəfədən çoxdur. Həyata keçirilən layihələr sayəsində 7 sənədli film çəkilib, ingilis dilinə tərcümə olunaraq beynəlxalq ictimaiyyətə təqdim olunub. QHT-lər bu mövzularda Türkiyə və Belçikada konfranslar keçirib. 9 internet saytının hazırlanması istiqamətində iş aparılıb, hazırda saytların 5-i aktivdir, 4-ü isə yaxın vaxtlarda fəaliyyətə başlayacaq. Onun sözlərinə görə, qaçqın və məcburi köçkünlərin peşələrə yiyələnməsi və iş tapmaları istiqamətində həyata keçirilən layihələr də müsbət nəticə verib.
Azay Quliyev bu sahədə fəaliyyət göstərən QHT-ləri hadisələrə çevik reaksiya verməyə də səsləyib. Avropa Parlamentinin Ermənistan üzrə məruzəçisi Tomaş Poreba Azərbaycanın ərazi bütövlüyünü pozaraq, Ermənistandan Dağlıq Qarabağa getməsinə QHT-lərin reaksiyasını yetərli saymayan Şura sədri təkliflə çıxış edib. O bildirib ki, Tomaş Porebanın internet ünvanı tədbirə qatılan QHT-lərə paylanılacaq və bu şəxsə Azərbaycandan yüzlərlə, minlərlə QHT-nin, insanın müraciət etməsi lazımdır. QHT-lər təklifi müsbət qarşılayıb.
Daha sonra QHT-lərin həyata keçirdiyi layihələr çərçivəsində gördüyü işlərdən danışılıb.
Ramiz

341