Günün tarixi
25 dekabr 2010 00:20 (UTC +04:00)

Günün tarixi

336. Tarixdə ilk dəfə Romada Yeni il qeyd edilib

800. Frank hökmdarı Böyük Karl taxta çıxıb

1642. İngilis fizik İssaak Nyuton anadan olub

1918. General Səməd bəy Mehmandarov hərbi nazir, general Əliağa Şıxlinski isə nazir müavini təyin ediliblər

1918. Misir prezidenti Ənvər Sadat anadan olub

1920. Fransa Kommunist Partiyası təsis edilib

1920. Bakıda rus “Tənqid Təbliğ teatrı” fəaliyyətə başlayıb

1925. Beynəlxalq təqvim və saat qəbul edilib

1932. Çində zəlzələ 70 000 insanın həyatına son qoyub

1938. Çex yazıçısı, ordu həyatına dair əsərləri ilə şöhrət tapmış Karel Çapek vəfat edib. Çapek tarixə “robot” sözünün müəllifi kimi düşüb

1973. Türkiyənin ikinci prezidenti İsmət İnönü vəfat edib

1975. Bakı Məişət Kondisionerləri zavodu işə salınıb

1977. Çarlz Çaplin vəfat edib

1989. Rumıniyanın dövlət başçısı Nikolay Çauşesku arvadı ilə birgə güllələnib

1991. SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov istefa verib. İstefanın ertəsi günü SSRİ də süqut edib

1991. “Latın qrafikalı Azərbaycan əlifbasının bərpa edilməsi haqqında” qanun qəbul edilib

1991. İran Azərbaycanın müstəqilliyini tanıyıb

1991. Azərbaycan prezidentinin fərmanı ilə Milli Qvardiya yaradılıb

1991. ABŞ və İsrail Azərbaycanın müstəqilliyini tanıyıb

1992. Azərbaycan Respublikasının ali məktəblərinə qəbulun test imtahanları vasitəsilə aparılması haqqında qərar qəbul edilib

Günün aforizmi

“İran Azərbaycanla münasibətlərini yalnız Sovetlər ittifaqı çərçivəsində qurmaq niyyətindədir”.

İran xarici işlər naziri Vilayətinin 1991-ci il oktyabrında “Exo Moskva” radiosuna müsahibəsindən.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 509

Oxşar yazılar