Günün tarixi
28 dekabr 2010 00:20 (UTC +04:00)

Günün tarixi

1308. Hanazononun başçılığı altında Yapon İmperiyası qurulub

1612. Q.Qaliley Neptun planetini kəşf edib, lakin onun ulduz olduğunu zənn edib

1836. İspaniya Meksikanın müstəqilliyini tanıyıb

1856. ABŞ-ın iyirmi səkkizinci prezidenti Vudro Vilson anadan olub

1869 Amerikalı Villiam E. Semple saqqıza patent alıb

1895. Alman fizik Vilhelm Rentgen beynəlxalq konfransda yeni şüa kəşf etdiyini bəyan edib

1908. Sicilyada zəlzələ 78 000 insanın həyatına son qoyub

1917. Britaniyada qadınlara seçki hüququ verilib

1925. Rus şairi Sergey Yesenin vəfat edib

1937. Azərbaycanın İrandakı keçmiş səfiri Əliyar Səfərli anadan olub

1942. Yaponiya hərbi hava qüvvələri Kəlküttəni bombardman edib

1945. Amerikalı yazıçı Teodor Drayzer vəfat edib

1960. Türk yazıçı Rəşad Nuri Güntəkinin ölümündən 4 il sonra onun “Son sığınacaq” romanı tapılıb

1968. İsrail xüsusi təyinatlıları Beyrut aeroportunda 14 mülki təyyarəni məhv edib

1989. Cəlilabadda vəziyyəti nizama salmaq üçün rayona milis dəstələri yeridilib, kütləvi həbslər aparılıb. Buna cavab olaraq xalq raykom və milisin binalarını dağıdıb. Toqquşmalar zamanı 150 nəfər xəsarət alıb

1991. Türkiyədə ilk kürd dilli qəzet “Rojname” nəşrə başlayıb

1994. Bakıda Cəlil Məmmədquluzadənin ev muzeyi açılıb

1994. Azərbaycan Respublikası Kamboca ilə diplomatik əlaqələr qurub

1997. Ankara Metrosu istifadəyə verilib

1999. Azərbaycan Dövlət Neft Fondu təsis edilib

1999. Saparmurad Niyazov (Türkmənbaşı) özünü ömürlük prezident elan edib

2001. Dövlət əmlakının mənimsənilməsi və dövlətə xəyanətə görə Konqonun keçmiş prezidenti Paskal Lissuba barəsində qiyabi hökm çıxarılıb

2007. Nepal Demokratik Federal Respublikaya çevrilib...

Günün aforizmi

“Könlün məşq eləmək istəyir, götür kağızı, qələmi, bir yerdə otur və nə qədər kefindir, yaz”.

Cəlil Məmmədquluzadə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 810

Oxşar yazılar