Şirvanda ev yanıb, ölən var
23 dekabr 2010 16:19 (UTC +04:00)

Şirvanda ev yanıb, ölən var

Azərbaycanın Şirvan şəhərində ölümlə nəticələnən yanğın olub.

Şirvan şəhər Dövlət Yanğından Mühafizə Xidmətinin növbətçi hissəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, yanğın bu gün saat 05.56 radələrində Şirvan şəhəri 28 may küçəsi 1b-də, Hacıyeva Tamilla Əmir qızına məxsus mənzildə qeydə alınıb. Yanğın 64 kvadrat metrlik mənzilin 3 kvadratmetrini əhatə edib.

Yanğından Mühafizə Xidmətinin briqadası alovu lokallaşdırsa da, hadisə yerindən 1946-cı il təvəllüdlü Hacıyev Ədalət Yahya oğlunun meyiti aşkarlanıb.

Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şirvan şöbəsindən bildirilib ki, meyit müayinə etdikdən sonra onun ölüm səbəbi aydınlaşacaq. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 466

Oxşar yazılar