Azərbaycan, Türkiyə və İran XİN başçıları İstanbulda görüşüb
İstanbulda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirləri Elmar Məmmədyarov, Əhməd Davudoğlu və Əli Əkbər Salehi arasında üçtərəfli görüş olub.
APA-nın Türkiyə müxbirinin məlumatına görə, görüş İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin dövlət və hökumət başçılarının zirvə toplantısı çərçivəsində baş tutub. Görüşdən sonra tərəflər birgə bəyanatla çıxış ediblər. Bəyanatda qeyd olunub ki, xarici işlər nazirləri ölkələr arasında tarixi, mədəni, iqtisadi, dostluq münasibətlərini, regionda və qlobal dünyada sülhün təmin olunması, bölgədə silah, narkotik və insan ticarətinə qarşı mübarizə tədbirləri, dondurulmuş münaqişələrin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinə dair müzakirələr aparıblar.
Qərara alınıb ki, nazirlər mütəmadi görüşlər keçirərək bölgədəki məsələlərin həllinə dair müzakirələr aparsınlar.
Növbəti görüşün İranda keçirilməsi qərara alınıb.

Oxşar yazılar

Naxçıvanda ər arvadını bıçaqladı
6 may 2025 , 15:52
"Ermənistan ordusunun qalıqlarının atdığı snayper gülləsindən yaralandım" - VARDANYANIN MƏHKƏMƏSİ
6 may 2025 , 15:04
CHP sədrinə hücum edən həbs olundu
6 may 2025 , 14:58
Bakıda telefon oğruları PEYDA OLDU: "olar telefonunuzla zəng edim?"
6 may 2025 , 14:24
Keçmiş deputat küçədə öldü
6 may 2025 , 14:10
Məhkəmə Tofiq Yaqublu ilə bağlı QƏRAR VERDİ
6 may 2025 , 13:30
Ağ Şəhərdə 65 yaşlı fəhlə binadan yıxılıb öldü
6 may 2025 , 13:28