Bakıda 47 yaşlı kişini öz həyətində güllələyiblər - TƏFƏRRÜAT
23 dekabr 2010 12:14 (UTC +04:00)

Bakıda 47 yaşlı kişini öz həyətində güllələyiblər - TƏFƏRRÜAT

Dekabrın 22-də gecə saatlarında Bakıda qətl hadisəsi törədilib. Suraxanı rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, naməlum şəxs odlu silahla Qaraçuxur qəsəbə sakini, 1963-cü il təvəllüdlü Həsənov Ələkbər Sayiş oğlunu güllələyib.

Hadisə Ə.Həsənovun yaşadığı evin qarşısında baş verib. 47 yaşlı kişini güllələyən şəxs qaçıb.

Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

Faktla bağlı cinayət işi başlanılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Ə.Həsənovun Qaraçuxur qəsəbəsinin ətrafında yeni tikdiyi və tam hasarlanmamış evinin həyətində baş verib. Belə ki, gecə saatlarında Ə.Həsənov həyətində kiminsə olduğunu hiss edib və bayıra çıxıb. Bu zaman o qarşısında saqqallı, orta yaşlı bir nəfər görür. Ev yiyəsi çağırılmamış qonadan onun həyətini tərk etməsini tələb edir. Naməlum şəxs isə onun həyətində gecələmək istədiyini və gecəni burda keçirəcəyini bildirib. Bu zaman mübahisə daha da qızışıb. Çağırılmamış qonaq bir neçə dəfə “məni qana salmayın” - deyə qışqıraraq, sonra evin arxasına keçib və orada saxladığı silahı götürərək yenidən qayıdıb. O, silahla Ə.Həsənovun döş qəfəsi nahiyəsindən atəş açıb.

Bütün bu hadisələr Ə.Həsənovun ailəsinin və qonşuların gözü qarşısında baş verib.

Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1173

Oxşar yazılar