Bakıda hərbçiləri daşıyan avtomobil qəzaya uğrayıb
16 dekabr 2010 12:17 (UTC +04:00)

Bakıda hərbçiləri daşıyan avtomobil qəzaya uğrayıb

Azərbaycan paytaxtında Daxili Qoşunlara məxsus avtomobil qəzaya uğrayıb. APA-nın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.

Rayon ərazisində yerləşən Daxili Qoşunlara məxsus “N” saylı hərbi hissənin əsgərləri daşıyan yük maşınının qəzaya uğraması nəticəsində bir neçə hərbçi xəsarət alıb. Yaralılardan 3-ü - Murad Babayev, Niyaməddin Abbasov və Tural Nazim oğlu (soyadı açıqlanmır) hospitala yerləşdirilib.

Daxili Qoşunların mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 448

Oxşar yazılar