Moskvada böyük qarşıdurma: 1300 nəfər saxlanılıb
16 dekabr 2010 09:53 (UTC +04:00)

Moskvada böyük qarşıdurma: 1300 nəfər saxlanılıb

Dekabrın 15-də axşam saatlarında rus millətçi gəncləri və Qafqaz əsilli şəxslər arasında baş verən qarşıdurmalar, iğtişaşlar Moskvanın mərkəzində qarışıqlığa yol açıb.

Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, Kiyev vağzalı yaxınlığındakı meydan gün ərzində xüsusi təyinatlı milis dəstələrinin nəzarətində olub.

Axşama qədər sakitlik olsa da, günün ikinci yarısında meydana 300 nəfərə qədər aqressiv davranışları ilə seçilən rus futbol komandalarının azarkeşləri, Qafqaz əsilli şəxslər toplanıb. “Rusiya yalnız ruslar üçündür”, “Moskva yalnız moskvalılar üçündür” şüarları səsləndirən ruslarla qafqazlılar arasında dava-dalaş başlayıb. Milis tərəfləri ayırmaq üçün rezin dəyənəklərdən və gözyaşardıcı qazlardan istifadə edib.

Ancaq toplaşanların sayı artıb və 600 nəfərə qədər rus millətçi gənci Kiyev vağzalından başlayaraq Bolşoy Doroqomilovskiy küçəsi istiqamətində millətçi şüarlar səsləndirərək hərəkət ediblər. 150 nəfərlik başqa bir qrup isə Boqdan Xmelnitsk körpüsündən Kiyev vağzalı ətrafındakı meydana daxil olmağa cəhd göstərib. 100 nəfərlik başqa bir qrup Zubov bulvarında peyda olub. Moskvanın cənubunda 20 nəfər saxlanılıb. Moskvanın digər küçə və meydanlarında da millətçi rus gənclərdən və qafqazlılardan ibarət dəstələr iğtişaş törətməyə cəhd göstəriblər. Şəhərdə bir çox metro stansiyalarına giriş qadağan edilib. Moskvada təhlükəsizlik tədbirləri gücləndirilib.

Moskva Daxili İşlər İdarəsi bu gün səhər saatlarında ümumən 1300 nəfərdən çox şəxsin saxlanıldığı barədə məlumat yayıb. Xəsarət alanlarla bağlı statistika isə hələ açıqlanmır. Ancaq qeyri-rəsmi mənbələr iğtişaşlar zamanı xeyli sayda insanın yaralandığını bildirir.

İğtişaşlar tək Moskvada olmayıb. Sankt-Peterburqda Senn meydanına 60 qədər şəxs toplaşıb. Ancaq bu dəfə aksiya sakit tərzdə başa çatıb. Leninqrad küçəsində isə 80 nəfərə qədər rus millətçi gənci radikal şüarlar səsləndirib.

Xatırladaq ki, dekabrın 11-də Moskvadakı Manej meydanında kütləvi qarşıdurma olub. Bir müddət əvvəl Kabardin-Balkar əsilli şəxsi tərəfindən öldürüldüyü bildirilən “Spartak” futbol klubunun azarkeşi Yeqor Sviridovun xatirəsinə həsr olunmuş aksiya etnik qarşıdurma xarakteri alıb. Aksiya iştirakçıları millətçi şüarlar səsləndirib, hüquq-mühafizə orqanları ilə qarşıdurmaya gediblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 619

Oxşar yazılar

Ağstafada  kran aşdı, 3 nəfər...

Ağstafada  kran aşdı, 3 nəfər...

20 iyul 2025 , 20:23
Buzovna-Mərdəkan yolunda tıxac yarandı-SƏBƏB

Buzovna-Mərdəkan yolunda tıxac yarandı-SƏBƏB

20 iyul 2025 , 19:42
Kürdə batan var

Kürdə batan var

20 iyul 2025 , 19:25
Beş aylıq uşaq qəfil öldü

Beş aylıq uşaq qəfil öldü

20 iyul 2025 , 19:16
Novxanıda dənizdə batan  uşaqların FOTOLARI -YENİLƏNİB

Novxanıda dənizdə batan uşaqların FOTOLARI-YENİLƏNİB

20 iyul 2025 , 19:09
Keçmiş futbolçunun atası dənizdə boğuldu

Keçmiş futbolçunun atası dənizdə boğuldu

20 iyul 2025 , 18:59
Ailə FACİƏSİ:  Kişini arı sancıb öldürdü,  arvadı infarkt keçirdi

Ailə FACİƏSİ: Kişini arı sancıb öldürdü, arvadı infarkt keçirdi

20 iyul 2025 , 18:31
Tovuzda kişini ilan sancdı

Tovuzda kişini ilan sancdı

20 iyul 2025 , 17:43