Hüseynbala Mirələmovun qohumunu öldürən şəxslərə hökm oxunub
APA-nın xəbərinə görə, hakim Əlisultan Osmanovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, Ramil Babayev 12 il, Səməndər Hacıyev isə 14 il müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına görə, Zaur Mirələmovu qətlə yetirməkdə təqsirləndirilən şəxslər istintaqa verdikləri ifadələrində hadisəni borc üstündə törətdiklərini bildiriblər. Onlar Z.Mirələmovu idarə etdikləri “QAZ-2410” markalı avtomobildə boğaraq öldürdükdən sonra Zağulba çimərliyində dənizə atıblar. Meyitin üzə çıxmasından ehtiyatlanan cinayətkarlar ona ağır daş bağlayıblar.
Təqsirləndirilən S. Hacıyev istintaqa verdiyi ifadəsində Z. Mirələmovu borca görə öldürdüyünü qeyd edib. Təqsirləndirilən şəxs mərhumun ona 10 min ABŞ dolları borclu olduğunu və pulu qaytarmadığı üçün bu addımı atdığını bildirib.
Qətlə yetirilən Z. Mirələmovun yaxınları isə istintaqa verdikləri ifadələrində mərhumun evdən gedərkən üzərində 6 min dollar pul götürdüyünü qeyd ediblər.
Qeyd edək ki, məlum cinayət hadisəsi bu il mayın 20-də qeydə alınıb. Həmin tarixdə Salamzadə küçəsində yaşayan Zaur Mirələmovun üç gün öncə itkin düşməsi barədə Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə məlumat daxil olub. Daxil olan məlumat əsasında polis tərəfindən əməliyyat-axtarış qrupu yaradılıb. Həyata keçirilən tədbirlər nəticəsində Z. Mirələmovun qətlə yetirildiyi məlum olub.
Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Z. Mirələmovu qətlə yetirməkdə şübhəli bilinən Səməndər Hacıyev və Ramil Babayev isti izlərlə saxlanılıb.
Qətlə yetirilən Zaur Mirələmov Azərbaycan Milli Məclisinin deputatı Hüseynbala Mirələmovun qardaşı oğludur.

617