42 yaşlı qadına qarşı amansız soyğunçuluq
Dekabrın 14-də Sumqayıtda soyğunçuluq hadisəsi törədilib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, naməlum şəxslər Corat qəsəbə sakini, 1968-ci il təvəllüdlü Tahirə Ağayevanı döyüb. Daha sonra ondan içərisində 2900 manat, 500 dollar, 1 ədəd mobil telefon, 2 ədəd bankomat kartı və evinin açarları olan çantasını zor gücü ilə alıblar.
Bu haqda məlumat daxil olandan sonra Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları əməliyyat-axtarış təbirləri başlanılıb. Məlum olub ki, hadisəni qəsəbə sakinləri Anar Hüseynov və Elxan Əliyev törədib. Onlar 42 yaşlı qadını əvvəlcədən tanıyırmış və ona pusqu quraraq çantasını əlindən alıblar.
Faktla bağlı cinayət işi başlanılıb, tutulan şəxslərin başqa əməllər törədib-törətməməsi araşdırılır.
Nizam Rza

703