Bu il Azərbaycanda insan alverinin 34 qurbanı aşkarlanıb
Dekabrın 15-də Bakıda “Avropa” otelində Avropa Şurası və Daxili İşlər Nazirliyinin İnsan Alveri ilə Mübarizə İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycanda İnsan alveri ilə mübarizə və onun qarşısının alınması mövzusuna həsr olunmuş 2 günlük seminar başlayıb.
Lent.az-ın məlumatına görə, tədbiri Daxili İşlər Nazirliyinin İnsan Alveri ilə Mübarizə İdarəsinin rəisi Cavad Şıxəliyev açıb.
Avropa Şurasının baş katibliyinin nümayəndəsi Danuta Visnyevskaya deyib ki, Azərbaycan insan alveri sahəsində həm mənbə, həm də tranzit ölkələrdən sayılır. Eyni zamanda məhdud səviyyədə də olsa, bir çox ölkələrdən insan alveri qurbanları Azərbaycana gətirilir: “Azərbaycandan isə daha çox qadınlar və uşaqlar əsasən Türkiyə və ərəb ölkələrinə aparılırlar. Kişi cinsinin nümayəndələri olan qurbanlar daha çox Rusiyaya aparılırlar. Eyni zamanda Asiya ölkələrindən, xüsusilə Pakistan, Əfqanıstan, İran və İraqdan Azərbaycan vasitəsilə Avropaya aparılırlar”.
Daxili İşlər Nazirliyinin İnsan Alveri ilə Mübarizə İdarəsinin rəisi Cavad Şıxəliyev bildirib ki, 2010-cu ildə 34 insan alveri qurbanı aşkarlanıb: “İnsan alverinin qurbanları Azərbaycandan əsasən Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, İran və Pakistana aparılıblar. Rusiya isə istisnadır. İnsanlar burada məcburi əməyə cəlb olunurlar və ümumilikdə, bu il 74 belə fakt aşkarlanıb”.
Nizam

Oxşar yazılar

Cəlilabadda balıqlar kütləvi şəkildə tələf oldu
21 iyul 2025 , 20:44
Ağsuda DƏHŞƏT: ailəsi gənc qızın meyitini tapdı
21 iyul 2025 , 19:33
Sumqayıtda dənizdə yeniyetmə qıcolmadan öldü
21 iyul 2025 , 18:33
Polisdən Masallıda ƏMƏLİYYAT: 39 kilo narkotik aşkar olundu - VİDEO
21 iyul 2025 , 17:13
DTX-nın həbs etdiyi “Abu Malik”in FOTOSU
21 iyul 2025 , 16:16
PUA ilə İrandan Azərbaycana narkotik keçirənlər saxlanıldı
21 iyul 2025 , 14:55Nardaranda 1 nəfər dənizdə batdı
21 iyul 2025 , 14:35