Tümendə iki həmyerlisini güllələyən azərbaycanlı 18 il iş aldı
Lent.az-ın Rusiya Baş Prokurorluğunun Ural federal dairəsi üzrə idarəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 2 nəfəri güllələyən Z.Məmmədov 18 il iş alıb. O, Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsi (bir qrup şəxs tərəfindən 2 nəfərin öldürülməsi) və 222-ci maddənin 1-ci hissəsi ilə (odlu silahı qanunsuz əldə etmə və saxlama) ilə ittiham olunub. Z.Məmmədov cəzasını ciddi rejimli islah əmək müəssisəsində çəkəcək.
Məhkəmə sübut edib ki, Zülfüqar Məmmədov 2009-cu il sentyabrın 21-də 44 yaşlı tanışı Elxan Məmmədova həmyerliləri ilə “haqq-hesabı çürütməkdə” kömək etmək məqsədilə Permdən Tümenə gəlib. Onlar mübahisəni həll etmək üçün ticarət bazasının ərazisinə gəliblər. Cinayətkarlar atəş açaraq 20 və 25 yaşlı iki qardaşı - Cəsarət və Cəbuhi Qəhrəmanovları öldürüblər. Hər iki şəxs azərbaycanlı olub. Z.Məmmədovun tanışı daha bir nəfəri - 26 yaşlı Ramil Qəhrəmanovu yaralayıb və Tacikistandan olan 24 yaşlı fəhləni də güllələyib.
Bundan sonra onlar hadisə yerindən qaçmağa cəhd ediblər. Amma bazanın mühafizəçilərindən biri onları izləməyə başladığından, qaça bilməyiblər. Z.Məmmədov mühafizəçini də öldürməyə cəhd etsə də, sonuncu güllədən yayına bilib. Özünü hadisə yerinə yetirən milis əməkdaşları hər iki cinayətkarı həbs edib.
İstintaq zamanı Z.Məmmədovun cinayətkar ortağı öldüyündən, onun barəsində qaldırılan cinayət işi dayandırılıb.

497