Tovuzda qanlı faciə
Dekabrın 13-də saat 10 radələrində Tovuz rayonunda ailə münaqişəsi zəminində bıçaqlanma hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Aşağı Ayıblı kənd sakini, 1971-ci il təvəllüdlü İsmayılov Aydın Möhsün oğlu keçmiş həyat yoldaşı, 1982-ci ildə anadan olmuş İsmayılova Samirə Kamal qızını və qayınanası 55 yaşlı Abdullayeva Nazilə Əli qızını bıçaqlayıb.
Keçmiş kürəkən hər iki qadını bıçaqlamazdan əvvəl onları döyüb və daha sonra bıçaqlayıb. Həkimlər ciddi xəsarət almış S.İsmayılovanın vəziyyətinin ağır olduğunu bildiriblər.
Lent.az-a verilən digər məlumata görə, A.İsmayılov və S.İsmayılova bir müddət əvvəl ayrılıblar. Məhkəmə daha sonra onların yaşadığı evi bölmək qərarı verib və bununla da mübahisələrin əsası qoyulub. Belə ki, keçmiş gəlin anasını da həmin evdə daimi yaşamaq üçün gətirib və ailələr arasında münaqişə daha da dərinləşib.
Artıq keçmiş həyat yoldaşı və arvadını bıçaqlayan şəxs həbs olunub. Onun barəsində cinayət işi açılıb.
Nizam Rza

Oxşar yazılar

Ağdaşda 2-ci mərtəbədən yıxılan uşaq sağ qaldı
21 iyul 2025 , 11:25
Sumqayıtda GÜCLÜ YANĞIN: 33 nəfər tüstüdən zəhərləndi - YENİLƏNİB
21 iyul 2025 , 11:15
"Koroğlu” körpüsündə QƏZA: böyük tıxac yarandı
21 iyul 2025 , 10:47
UNEC-in tələbəsi qəfil öldü
21 iyul 2025 , 10:44Narkotik çəkib müştəri daşıyan taksi sürücüsü TUTULDU
21 iyul 2025 , 10:15
Bir müddət əvvəl gənc oğlu ölən generala daha bir itki
21 iyul 2025 , 10:10
Qazaxda piyadanı maşın vurub öldürdü
21 iyul 2025 , 10:06