Sumqayıtda qanunsuz dini icma və üzvləri aşkarlanıb
Dekabrın 11-də Sumqayıt şəhəri Kotec qəsəbəsində qeyr-qanuni fəaliyyət göstərən dini icma müəyyənləşdirilib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Bakı şəhərində müvəqqəti qeydiyyatda olan Moldova vətəndaşı Rüstəm Əhmədovun Sumqayıt şəhəri Kotec qəsəbəsində yaşayan Oleq Litovçenkonun evində şəhər sakinləri Lyubov Dormaya, Leyla Heydərovaya, Maqsud Yəhyayevə, Sevinc Mansurluya, Fariz Quliyevə və Pərvanə İsmayılovaya təbliği qanunla qadağan edilmiş “Yeddinci günün advenistləri” dini təriqətini təbliğ etməsi müəyyənləşdirilib.
Sumqayıt ŞPİ əməkdaşları tərəfindən O.Litovçenkonun mənzilinə baxış keçirilib və oradan həmin təriqətə aid 587 ədəd müxtəlif dini kitablar, 255 ədəd video disk və kasetlər aşkarlanıb.
R.Əhmədov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 300-cü maddəsi, O.Litovçenko barəsində isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 299-cu maddəsi ilə protokol tərtib edilərək Sumqayıt şəhər Məhkəməsinə göndərilib. Araşdırma aparılır.

1145