“Şahdağ” milli parkında növbəti yanğın
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “Şahdağ” Milli Parkının ərazisində 4 hektar sahədə quru ot və kol-kos yanıb. Hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər park işçiləri ilə birlikdə yanğını söndürüb. Meşə zolağı yanğından mühafizə olunub.
Oxşar hadisə dekabrın 10-da Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Şin meşəbəyliyində də baş verib. Yerli əhalinin “Goru yaylağı” adlandırdığı yaylaqda baş verən yanğın sonradan meşə fondu ərazisinə keçib. Bir gündən artıq davam edən yanğını Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar Nazirliklərinin yerli qurumları və əhalinin iştirakı ilə tam söndürülüb.
Yanğının ovçular tərəfindən yandırılmış tonqalın söndürülməməsi səbəbindən baş verdiyi ehtimal olunur.
Qeyd edək ki, son vaxtlar milli parkın İsmayıllı rayonu ərazisində də tez-tez yanğın hadisələri baş verir.
Bu kimi halların təxribat olmasından narahat olan Ekologiya və Təbii Sərvətlər nazirliyi artıq müvafiq sənədləri Daxili İşlər və Fövqəladə Hallar Nazirliklərinə təqdim edib.
Nizam

409