Gecikmiş vertolyot, qan içində qoşa çarpayı, Novruz Bayramına şəhid payı
O, Rusiyanın Arxangelsk vilayətinin Belkovo şəhərində yaşayırdı. 1992-ci ilin fevral ayının 26-da erməni qəsbkarları tərəfindən törədilən Xocalı soyqırımını eşidib, Vətənə gəlir. Əmisinin oğlunun, qızının, gəlininin, nəvəsinin ermənilər tərəfindən qətlə yetirildiyini eşidib, sürdüyü xoşbəxt ailə həyatını taleyin ümidinə buraxır.
Azərbaycana gələndə eşidir ki, yaralanan 16 yaşlı əmisi qızı belinə bağlanmış pul dolu dəsmalı ermənilərin açacağını bildiyindən “Dəsmalı açın, mənə erməninin əli dəyməsin” dediyini, həmin qızı ölmüş görən ermənilərin “Əlin qurusun bunu vuran! Ölməsəydi, bunu diri aparardıq Levon Ter-Petrosyana” söylədiklərini və ən nəhayət, o qızcığazın doğmaları tərəfindən məhəllələrində torpağa tapşırmağa imkan verilmədiyini eşidir. Ermənilər “həyətdə basdırmayın, oraları əkib-becərəcəyik!” – deyə, öz qurbanlarını yol kənarında basdırmağa məcbur edib xocalılı əsirləri…
Qohumlarının, doğmalarının danışdığı bu dəhşət dolu anları dişini-dişinə sıxıb dinləyən bu gənc sonradan hamının sevimlisinə çevrilən Vəzir Orucov idi. Bu günü - dekabrın 11-ni, doğum gününü qeyd edən Vətən oğlu, Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucov!
Bütün bunları eşidən Vəzir gəldiyi gün Tərtər şəhərinə getmək adı ilə evdən çıxır. Şıxarx (Marquşevan) istiqamətində qarşısına çıxan bir nəfər yaralı polis əməkdaşının silahını götürüb, heç kimə heç nə demədən Ağdərə uğrunda gedən döyüşə qatılır. Polisin isə silahdan nigaran qalmaması üçün öz pasportunu çıxarıb ona verir və deyir ki, axşam avtomatı qaytaracaq. Həmin axşam da bir diri erməni əsgərini və silahını götürüb, geri qayıdır. Əsiri yerli özünümüdafiə batalyonunun qərargahına təhvil verir, əmanət olan avtomatı isə, söz verdiyi kimi, sahibinə qaytarır. Oradan isə birbaş evlərinə gəlir. Və anasına deyir ki, daha onun yolunu gözləməsin.
Həmin gündən etibarən Tərtər rayon icra hakimiyyətinin o vaxtkı başçısı Sərdar Həmidovun rəhbərlik etdiyi özünümüdafiə batalyonunda döyüşməyə başlayır. 1992-ci ilin sentyabrında iki erməni maşınını vurur. Onların arxasınca gələn düşmən tankını da vurmaq istəyərkən yaralanır və paytaxtdakı hərbi hospitallardan birində müalicə alır. Amma sonradan bilir ki, onu yaralayan güllə arxadan atılıb. Sürət Hüseynovun tabeçiliyində olan hərbiçilər qəsdən onu xəstəxanaya gec çatdırırlar ki, Vəzir qanaxmadan yolda keçinsin. Hətta ona ilkin tibbi yardım da göstərilmir. Amma tale üzünə gülür. Öz əsgərlərinin canfəşanlığı sayəsində ağır vəziyyətdə həkimə çatdırılan qəhrəmanı xilas etmək mümkün olur. O vaxt daxili işlər naziri olan İsgəndər Həmidov Vəzirin paytaxta aparılması üçün Tərtərə tibb vertolyotu göndərir. Amma artıq yaralı qəhrəmanı yoldaşları maşınla yola salmış olur. Hospitaldan çıxmağına bir-iki gün qalmış qardaşı Əliyar yaralanır. Tale elə gətirir ki, qardaşlar eyni palataya yerləşdirilirlər. Axşam qaranlığında palataya gətirilən Əliyarın çarpayısını elə qoyurlar ki, Vəzir onu tanımasın. Amma qardaşını ətrindən duyan Vəzir yanında qalan həm dayısı oğlu, həm də kürəkəninə qarşı tərəfdə yatan yaralının Əliyar olduğunu deyir. Çarəsiz qalan doğmalar həqiqəti açıb söyləyirlər. Vəzirsə qardaşına “Çox qabağa gedirdin döyüşdə, salamat qalmağına inana bilmirəm” - deyir.
Hospitaldan çıxıb 1992-ci il dekabrın 11-ni - öz ad gününü Rusiyada yaşayan ailəsi ilə birgə keçirmək üçün Arxangelskə gedir. Bir müddət sonra 7 yaşı tamam olmamış bircə oğlunu da götürüb, ömür-gün yoldaşını tək-tənha qoyub geri qayıdır. Amma bilmirdi ki, onunla sonuncu dəfə özünün əbədiyyət yolunun üstündəki vida mərasimində görüşəcəklər. Geri - Tərtərə qayıdıb, ölümlə dəfələrlə üz-üzə gəldiyi cığırları yenidən adlayıb keçməli olur Vəzir. Ağdərə rayonunda “Qlobus” adlanan yüksəklik istiqamətində yüksək çinli azərbaycanlının hava rabitəsi vasitəsi ilə ermənilərlə danışdığını görən Vəzir Orucov onun yaxasından tutub təhqir edir və bunun cəzasını alacağını bildirir…
Daha sonra isə bir zabitin Canyataq-Gülyataq kəndləri yaxınlığında ermənilərlə kabab yediyinin şahidi olan Vəzir qarşısına məqsəd qoyur ki, nəyin bahasına olur-olsun düşmənə strateji döyüş üstünlüyü yaradan “Qlobus”u ələ keçirsin. Amma bu onun son döyüşü olur…
1993-cü ilin mart ayının 22-də Novruzun gəlişi ilə əbədiyyətin giriş lövhəsinə öz adını yazır qəhrəmanımız. Vəzir Orcuov şəhid köynəyini geyinib Şəhidlər Xiyabanına yollanır.
Qardaşından sonra hospitalda xeyli qalan Əliyar Orucov döyüşə yollanır və qardaşının həlak olmasından bir neçə gün əvvəl yenidən yaralanır. Müalicə üçün İrana getməli olur. Amma aeroportda uçuşdan əvvəl radiodan eşitdiyi qara xəbər onu yolundan döndərir. Geri qayıdıb, qardaşının yas mərasiminə qatılır. Qırx mərasimindən sonra İrana gedib müalicə alır. Qardaş qisası Əliyarı artıq iki dəfə yaralanmasına baxmayaraq yenidən səngərə çəkib gətirir. Bu dəfə o lap ağır yaralanır. Aldığı qəlpə yarasına həkimlər 13 tikiş vururlar. Cəmi üç gündən sonra heç kimin təkidinə baxmadan yenidən döyüşə gedir.
Növbəti döyüşlərin birində kürəyinə vurulmuş tikişlər partlayır. Bununla belə o, yenə geri dönmür. Bir neçə gündən sonra məlum olur ki, yaranın açıq hissəsindən çölə çıxan sümüklərdə quruma gedir. Yolu daha bir dəfə xəstəxanadan düşür. Sağalır və dördüncü dəfə Vətənə qulluq göstərməyə yollanır. Və bu dəfə də evlərinə yox, bədənində mərmi qəlpələri ilə hospitala dönür. Az sonra atəşkəs haqda razılıq əldə olunur. Bununla da onun döyüş yolu tükənir. Cəmi 12 bahardan sonra, 2006-cı ilin may ayının 5-də həyata əlvida deyir. Əliyar ailə qurmayıb. Vəzir isə son döyüşə gedəndə gözünün ağı-qarası bircə oğlunu bacısına əmanət verib gedir. Bacısı ərə getmir və bütün ömrünü qardaşının balasına həsr edir…
Teymur Zahidoğlu
P.S. Vəzir Orucovun oğlu hazırda həqiqi hərbi xidmətdədir… Bu uzun tale yolu hələ çox əsrlər bundan sonra da qəhrəmanların ayaq izi ilə şərəflənəcək!..

1580