Usta sənətkar: “Bülent Ersoy  düşünmədən danışa bilər”
17 aprel 2026 10:57 (UTC +04:00)

Usta sənətkar: “Bülent Ersoy düşünmədən danışa bilər”

0

Türkiyəli məşhur teatr ustası Müjdat Gezen son günlər gündəmdə olan məsələ ilə bağlı açıqlama verərək sənətçi Bülent Ersoy haqqında diqqət çəkən fikirlər səsləndirib.

Lent.az-ın yerli mediaya istinadən məlumatına görə, “Gırgıriye” musiqili layihəsindən son anda ayrılan Bülent Ersoy ətrafında yaranan müzakirələrə münasibət bildirən Gezen onun haqqında sərt ifadələr işlətməkdən çəkinib. O qeyd edib ki, Bülent Ersoy kimi sənətkarı “bir çırpıda silmək və ya dəyərsizləşdirmək” düzgün yanaşma deyil.

Müjdat Gezen bildirib ki, uzun illər sənətdə olan və özünəməxsus xarakteri ilə seçilən Bülent Ersoy bəzən düşünmədən danışa bilər, lakin bu onun sənətinə kölgə salmamalıdır. Onun sözlərinə görə, Ersoy impulsiv çıxışları ilə tanınsa da, sənətdəki yeri danılmazdır.

Açıqlamasında Gezen həm də vurğulayıb ki, sənət aləmində baş verən belə anlaşılmazlıqlar böyüdülməməlidir və şəxsi məsələlər üzərindən sənətçilərin dəyəri müzakirə olunmamalıdır.

Bu açıqlama, layihədən ayrılıq səbəbi ilə bağlı yaranan müzakirələr fonunda münasibətlərin tam qopmadığını və tərəflər arasında hörmətin qorunduğunu göstərir.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 242

Oxşar yazılar