Conni Depp
17 aprel 2026 17:07 (UTC +04:00)

Conni Depp

Conni Deppin "gitara tənhalığı": Qadınlardan qaçan aktyorun yeni həyatı

0

Məhkəmə çəkişmələrinin buraxdığı ağır izlər məşhur aktyor Conni Deppin qadınlarla münasibətdə daha utancaq davranmasına və şəxsi həyatını bərpa etməyə tələsməməsinə səbəb olub.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, illərlə maqazin gündəmindən düşməyən 62 yaşlı ulduzun artıq üstünlükləri dəyişib və o, indi qadınlarla vaxt keçirməkdənsə, gitarası ilə baş-başa qalmağa üstünlük verir.

Aktyora yaxın mənbələr onun hazırda qadınlarla olan bağından daha çox musiqi ilə olan münasibətinə dəyər verdiyini və bu vəziyyətdən kifayət qədər razı qaldığını bildirirlər.

Yaşadığı silsilə qalmaqallar və yorucu məhkəmə proseslərindən sonra Depp daxili tarazlığını bərpa etmək üçün gözləmə mövqeyi seçib. O, artıq qısamüddətli macəralarla maraqlanmır və yeni insanlarla tanışlıq məsələsində son dərəcə ehtiyatlı, hətta bir qədər utancaq davranır. Əgər gələcəkdə yeni bir münasibətə başlamağa qərar versə, bu, yalnız "qızıl illərini" birlikdə keçirə biləcəyi etibarlı və uzunmüddətli bir partnyor axtarışı ilə bağlı olacaq.

Aktyorun bu dərəcədə ehtiyatlı olmasının əsas səbəbi Amber Herd ilə yaşadığı və karyerasını məhv etmək həddinə çatdıran qalmaqallı boşanma prosesidir. Həmin dövrdə məişət zorakılığı ittihamları ilə üzləşən və yüz milyonlarla dollarlıq məhkəmə marafonundan keçən Depp, nəticədə bəraət alsa da, daxili rahatlığını tam bərpa edə bilməyib. İndi o, Vanessa Paradi ilə yaşadığı illərdəki kimi stabil və hüzurlu bir həyata qayıtmağa çalışır, lakin bu hədəfə gedən yolun hələlik tənhalıq və musiqidən keçdiyinə inanır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 214

Oxşar yazılar