3 yaşlı oğlan aprelin 15-də saat 22:40-da zəhərlənmə şübhəsi ilə Qobustan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Lent.az-a TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, tibb müəssisəsində azyaşlıya psixotrop dərman vasitələri ilə zəhərlənmə diaqnozu təyin edilib.
Zəruri tibbi xidmətlər göstərilən azyaşlının vəziyyəti stabil qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.
***
15:27
Qobustanda azyaşlı dərmandan zəhərlənib.
Lent.az-ın məlumatına görə, 3 yaşlı Elcan Qənizadə yaşadığı evdə dərmandan zəhərlənərək xəstəxanaya aparılıb.
Uşağın vəziyyətinin orta-ağır olduğu bildirilir.
Araşdırma aparılır.