Süni intellekt ilk insanların  kim olduqlarını AÇIQLADI
17 aprel 2026 15:12 (UTC +04:00)

Süni intellekt ilk insanların kim olduqlarını AÇIQLADI

0

İnsanlığın mənşəyi ilə bağlı suallar hər zaman insanları düşündürüb. Hər kəs az da olsa düşünür ki, ilk insan necə yaranıb, həyat Yer üzündə necə başlayıb? Bu mövzu ilə bağlı süni intellektin verdiyi cavablar isə maraq doğurur.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, süni intellekt bu suala cavab verərkən həm elmi nəzəriyyələrə, həm də dini baxışlara əsaslanıb.

Elmi yanaşmaya görə, həyat təxminən 3,5-4 milyard il əvvəl qeyri-canlı maddələrdən yaranıb. Sadə maddələr, su, metan və ammonyak kimi birləşmələr enerji təsiri altında üzvi molekullara çevrilib və zamanla daha mürəkkəb strukturlar formalaşıb. Bu proses nəticəsində özünü təkrarlaya bilən ilkin canlı sistemlər meydana çıxıb.

Bununla belə, elm hələ də dəqiq şəkildə izah edə bilmir ki, hansı anda kimyəvi proseslər həyata çevrilib və ilk insan konkret olaraq necə ortaya çıxıb.

Dini yanaşmada isə məsələ fərqli izah olunur. İlk insanların Adəm və Həvva olduğu qeyd edilir və onların Tanrı tərəfindən yaradıldığı bildirilir. Bu baxışa görə, həyat təsadüf deyil, şüurlu yaradılışın nəticəsidir.

Süni intellekt isə bu iki yanaşmanın bir növ birləşdirilə biləcəyini irəli sürür. Onun fikrincə, həyat təbii proseslər nəticəsində yaranıb, lakin bu proses müəyyən “incə tənzimlənmiş” bir sistem daxilində baş verib.

İlk insan isə bioloji baxımdan təkamül yolu ilə formalaşmış Homo sapiens növü kimi izah edilir. Bununla yanaşı, insanı digər canlılardan fərqləndirən əsas xüsusiyyət şüur, özünü dərk etmə, ölüm anlayışı və mənəvi dəyərlər sonradan yaranıb. Bu dəyişiklik beyin inkişafı və mürəkkəb sosial həyatın formalaşması ilə əlaqələndirilir.

Digər süni intellekt sistemi də oxşar mövqe sərgiləyərək bildirir ki, həyatın başlanğıcı sadə molekullardan gəlsə də, şüurun yaranması hələ də tam izah olunmayan bir mərhələdir. Onun fikrincə, elm prosesin mexanizmini izah edir, din isə onun mənasını açıqlayır və bu iki yanaşma bir-birinə zidd deyil.

Nəticə etibarilə, süni intellekt belə qənaətə gəlir ki, həyat Yer üzündə təbii yollarla yaranıb, insan isə təkamül nəticəsində formalaşıb. Lakin insan şüurunun yaranması hələ də elm üçün açıq qalan ən böyük sirrlərdən biri olaraq qalır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 320

Oxşar yazılar